Сканировать101 ada-kitab-taqdimat-elman-arasli-80 illik ömrünün 46 ilini diplomatik xidmətə həsr etmiş Elman Araslının bu yaxınlarda nəşr edilən 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyidir. Müəllif 35 ildən çox ərəb ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən 20 ilə yaxın Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. E.Araslı ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.

Состоялась презентация документального фильма "Ayrıldıq ki, qovuşaq"

В международном киноцентре “Низами” состоялась презентация документального фильма, снятого телеканалом ATV по сценарию Гюнай Новруз. Премьера фильма “Ayrıldıq ki, qovuşaq” была приурочена к годовщине ухода из жизни известного азербайджанского писателя Шамо Арифа.

Хочу начать статью с последнего выступления на вечере. После просмотра фильма в кинозале прошло обсуждение. Выступающие говорили о героях фильма, об их незаурядности и таланте, но только близкий друг семьи и дочь профессора Гулу Халилли – Рена ханум смогла спросить, обращаясь к Лале ханум, дочери Шамо Арифа: “Почему ты не родилась мальчиком? Тебя бы тоже звали Шамо”… И улыбка прошлась по лицам всех присутствовавших в зале. Это был знак согласия и одобрения проделанной работой. Наша человеческая память знает много форм выражения боли от потери дорогого и близкого человека. Автор   Нелли АТЕШГЯХ. 10 Июн 2013

260px-Valeh BərşadlıValeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib.Eyvazlı Ermənistanın daşnak yuvası Gorus şəhərindən bir az aralı idi, Andronik Uzunyan 10 minlik silahlı nizami silahlı qüvvələri ilə Zəngəzurun Sisian-Gorus bölgəsindəki müsəlman türk, kürd əhalini tarixdə misli görünməmiş amansızlıqla qırıb özünü mərkəzi Gorus olmaqla “Zəngəzur kralı” elan etmişdi. Əsrin əvvəlində və sonunda erməni qırğınlarının ilk hədəflərdən biri Eyvazlı kəndi olmuşdu. Son dəfə 24 noyabr 1988-ci ildə Eyvazlı tamamən qarət, talan edilmışdı. Bərşadlının mənsub olduğu nəslin, doğma və əzizlərinin əksər hissəsi 1905-20-ci il erməni qırğınlarında amansızlıqla qətlə yetirilmişdi, atası Stalin repressiyasının həbsxanasından keçmişdi, ata-anasız günlər keçirmiş, həmyaşıdlarının həyətdə və məktəbdə “xalq düşməni” oğlu olduğu üçün ondan uzaq durmalarının mənəvi əzablarını yaşamışdı, yalnız xeyirxah insanların bu zəkalı uşağa qayğısı sayəsində sağ qalmışdı. Kimsəsiz uşaq məcburiyyət qarşısında qalaraq 14 yaşında könüllü hərbi xidmətə getmişdi (sonralar verdiyi bir müsahibədə Valeh Bərşadlı Böyük Vətən Müharibəsinə könüllü getmək üçün yaşını artırdığını da etiraf etmişdi), 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artilleriyası Məktəbi), SSRİ-nin ən nüfuzlu iki hərbi akademiyasını, həmçinin, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Akademiyası tarixində ilk azərbaycanlı olaraq bitirib 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmişdi.

сканирование0035Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, maarifçi, yazıçı, jurnalist, naşir, mühacir siyasi-ədəbi irsimizin görkəmli nümayəndəsi  Mirzə Məmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisian bölgəsində Urud kəndində nüfuzlu bir nəslə mənsub ailədə doğulmuş, ilk təhsilini Urud  mədrəsəsində almışdır. O, Türkiyədə Mehmet Sadık Aran kimi tanınmışdı.

Nəzər HeydərovimageArif HDoğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında  mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da adları ehtiramla çəkilən, rəhmətlə anılan, özlərindən sonra silinməz iz qoyub gedən insanlardandır.