Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, www.turkcebilgi.com, www.turania.org, www.kelebekforum.com, www.genel-bilgiler.com, az.wikiwix.com, www.mix.az, azersayt.com, az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, data.lullar.com və sair portallarda bu rəqəm 1889- cu il göstərilir. Bakının Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad Süleymanov yazır: “…Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.” (R.S-“Bakı xilaskarı” Nuru Killigil Paşa”, blog.azpress.az). Digər bir tədqiqatçı alim Asif Rüstəmli yazır: “1918-ci il noyabrın 10-u idi…Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər.
MƏQALƏLƏR
Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir. Mənsub olduğumuz türk dillər ailəsinin əhatə dairəsi böyük olduğu kimi, zənginləşmə imkanları da genişdir. Anadolu və Qafqaz türkcəsində bir-biri ilə eyni olmayan, yeri boş olan"vakant" sözlərimizdən yararlana, onlara vətəndaşlıq hüququ verməklə boşluğu doldura, zənginləşə, həm də bir-birimizi daha yaxşı anlaya ola bilərik. Məsələn, Anadolu türklərində işlənən, kökü bizə aydın, doğma, anlaşılan olmaqla bərabər, həm də Azərbaycan türkcəsində konkret qarşılığı olmayan, yaxud iki və bir neçə aydınlaşdırıcı sözlə ifadə olunan, yaxud dilimizin ahənginə, harmoniyasına uyğun gəlməyən, çətin tələffüz edilən, dilə yatmayan çoxlu sözlərimiz var ki, onları Anadolu türkcəsindəki eyni mənalı sözlərlə əvəz edə bilərik.
XIX əsrin birinci rübünədək Cənubi Qafqazda azlıq təşkil edən, demək olar ki, səssiz-səmirsiz şəkildə mövcudiyyətini sürdürən ermənilərin Gülüstan və Türkmənçay müqavilələrindən sonra, necə deyərlər, bəxt ulduzu parladı. Rusiya tərəfinin basqısı ilə 10 fevral 1828-ci ildə Qacariyyə iqtidarının İranda “əhdname-ye nəngin” ( عهدنامه ننگین – utancverici sözləşmə) adlandırılan Türkmənçay müqaviləsini imzalamasından sonra ermənilərin Qarabağa axını başladı. Obrazlı şəkildə belə söyləmək mümkündür ki, rus çarı I Nikolay Ermənistanın xaç atası oldu.
23 ildir həsrətindəyəm göz açıb, könül verib, torpağında iməkləyib ayaq açdığım Sarayımın. Gündüz xəyalımda, gecə yuxularımda ən çox gördüyüm kəndimizdi, evimizdi, bir də evimizin qabağından axan Bərgüşad çayıdı, Qubadlıya, Müskanlıya, Dondarlıya gedən yoldur. Bu yol həm də ömrümün məktəb illərindən başlayan həyatımın sonrakı pillələrinə aparan yoldur. Düşündükcə bir daha minnətdarlıqla anlayıram ki, həyatımda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, Ana-Atama, bir də oxuduğum məktəblərə, müəllimlərimə-Diləli Müskanlı kənd 8 illik və Dondarlı kənd orta məktəbində dərs aldığım müəllimlərə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən müəllimlərimə vəfa borcumdu bu yazı.
Olmuş əhvalat, 4 şəkilli tragikomediya
I şəkil
Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, xeyli adam yığışıb məscidin qabağına. Şəhərin başçısı, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə sədri, digər aktivlər yaxınlaşır. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdəni-azərbaycanlı olduqları bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur, buyur”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərində irəli buraxırlar.