Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Zəngəzur Cəmiyyətləri İctimai Birliyi: "Hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb"

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 Müraciətdə deyilir: “Əziz xalqımız, müzəffər Ordumuz,  möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! 27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 44 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır  məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.

Sizin məhz Şəhidlər xiyabanında Qarabağın baş tacı, rəmzi olan Şuşanın yağı düşmən tarpdağından xilas edilməsi barədə verdiyiniz müjdənin ardınca etdiyiniz bu müraciət xalqımızda, hər bir vətəndaşımızda sonsuz sevinc, misilsiz qürur hissləri yaratmışdır. Bu xoş xəbəri elan etdiyiniz dəqiqələrdən yüz minlərlə insan şadlığını ifadə etmək üçün küçələrə axışır, atəşfəşanlıq edir. Bu xoşbəxtliyi xalqımıza Siz, komandanlığınız altında Azərbaycan Silahlı Qüvvələri bəxş edib.

Hər birimiz yaxşı anlayırıq ki, bu zəfər, bu qalibiyyət yürüşü yalnız Sizin siyasi iradəniz, qətiyyətiniz, güclü təzyiqlərə sinə gərib dəf edən zəkanızın bəhrəsidir, bu qələbələr yalnız Sizin hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində gerçəkləşib. Sizinlə fəxr edirik, ən böyük minnətdarlığımız Ordumuza və Sizədir. Xalqımızın milli mənlik, qürur hisslərinin özünə qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Sizin adınıza yazılan əbədi şöhrət, şərəf-şandır. Uşaqdan böyüyə hər bir azərbaycanlının qəlbində bu gün bir İlham Əliyev sevgisi boy atıb, ucalıb.  İşğaldan azad edilən hər bölgəmizin ən uca zirvəsində Sizin adınız, surətiniz əbədi heykəlləşəcəkdir, çünki bunu yalnız Sizin kimi qüdrətli Prezident, Komandan reallaşdıra bilərdi. Azərbaycanı əsarətə baş əyməyən xalqı, hərb meydanında  savaşmağı, döyüşməyi bacaran ordusu ilə, bütün gücü ilə dünyaya tanıdan, qəbul etdirən Siz oldunuz. Hər zaman Sizinləyik, ölkəmizi işıqlı günlərə aparan siyasətinizi dəstəkləyənlərin ön sırasındayıq. Bizlərə bu sevincli və qürurverici günləri yaşatdığınız üçün Sizə sonsuz sevgi və ehtiramla təşəkkürümüzü bildiririk.

Şəhidlərimiz, əbədi məkanınız behiştdir, hər birimizin qəlbində yeriniz var!

Qazilərimiz, sizinlə qürur duyuruq, var olun, eşq olsun şanlı, müzəffər Azərbaycan Ordusuna!

Gözün aydın Azərbaycan, əbədi yaşa, müzəffər Ali Baş Komandan!

Müraciət Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurasının birgə toplantısında qəbul edilib. 

Sədr                          Hacı Nərimanoğlu,     08 noyabr 2020-ci il”

P.S http://525.az/site/?name=xeber&news_id=155046#gsc.tab=0