SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzurun Ermənistana verilməsi: mötəbər mənbələr nə deyir?
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının KİV-də yayılan Zəngəzurun Ermənistana verilməsi: mötəbər mənbələr nə deyir?” adlı yazısının  ilk abzası   belədir: ”Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P  Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. (https://azertag.az/xeber/Zengezurun_Ermenistana_verilmesi_moteber_menbeler_ne_deyir-1755703). Ardınca da sonrakı tarixi xronika yazılır. Ancaq hörmətli professor heç xatırlatmır ki, Zəngəzurun Ermənistana verilməsi əslində bundan əvvəl - 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarı ilə həll olunmuşdu. Büro Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin siyasi-hüquqi əsasını hazırlamışdı. Yəni Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi 1918-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə, anti-türk, xristian təəssübkeşliyinə əsaslanan dəyişməz siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi. Biz bu barədə dəfələrlə yazmışıq, yenə də həmin fikrimizdə qalırıq.

 http://zengezur.com/administrator/index.php?option=com_content&view=article&layout=edit&id=260

 “Zəngəzur”  Cəmiyyətləri İctimai Birliyinin sədri                Hacı Nərimanoğlu