Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Qubadlının Vətən müharibəsi şəhidləri  

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

                        Həmidov Şükür Nəriman oğlu

  Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuş, Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adma hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat uzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2008-ci ildə, Hərbi Akademiyam bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi xidmət etmişdir.

Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90, 95 və 100 illik yubiley və Qüsursuz xidmətə görə III, II, I dərəcəli medalları ilə təltif edilmişdir.

2016-cı il Aprel döyüşlərində - “Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

10 may 2016-cı il tarixdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən Şükür Həmidovla görüşmüş və onun əmri ilə polkovnik- leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdir.

Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixdə doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğranda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban”da dəfn edilmişdir.

Dəfndə Azərbaycan Respublikasının Müdafiə Naziri, Qubadlı rayon rəhbərliyi və digər hökumət və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək başsağlığı vermiş və bildirmişdir ki, Milli qəhrəmanın adı doğulduğu və azadlığı uğranda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Həmidov Şükür Nəriman oğlu ölümündən sonra “Zəfər” ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğranda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

 

         Qasımov Faiq Qaçay oğlu

 

Qasımov Faiq Qaçay oğlu 10 fevral 1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. 1981-ci ildə qardaşı Şəhid Həsən Qorxmazın adını daşıyan Qayalı kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş və 1991-ci ildə həmin məktəbi bitirmişdir.

Hərbi xidmətini 1-ci Qarabağ müharibəsində Laçın rayonu və Qubadlı rayonunda Əliyar Əliyevin taborunda topçu kimi vuruşaraq keçirib.

Hərbi xidməti bitirdikdən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanda cəbhə bölgəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən 2012-ci ilədək Balakən rayonunda N. saylı hərbi hissədə xidmət etmişdir. Sonradan öz təkidi ilə Füzuli istiqamətinə göndərilmişdir.

2016-cı ilin Aprel döyüşlərində “Lələ təpə” uğranda fəal iştirak edən Qasımov Faiq Qaçay oğlu düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10,90 və 100 illik yubiley və Qüsursuz xidmətə görə III, II, I dərəcəli medalları ilə təltif olunmuşdur.

Faiq Qaçay oğlu Qasımov 2020-ci il sentyabrın 27-də “Ohanyan səddi”ni ilk yaran hərbçilərimizdən olub və rəhbərlik etdiyi qrupu ilə birgə Füzuli rayonu ərazisində düşmənin bir neçə post və səngərini dağıdaraq 300-ə yaxın düşmən əsgərini və zabitini məhv edərək qəhramancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik-leytenant Qasımov Faiq Qaçay oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğranda”,  25 dekabr 2020-ci il tarixli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, 2 övladı var.                                                                                                                                                                    

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

                  Ağayev Vüqar Əhməd oğlu

 

Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş, 1980-cı ildə Xanlıq kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1990-cı ildə orta təhsilini başa vurmuşdur.

1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətədə olmuşdur.

1991ci ildə H.Əliyev adma Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. Qusar rayonu N. saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvanda Naxçıvan qarnizonunda N. saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.

2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.

2020-ci ilin oktyabr aymda könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.

01 noyabr 2020-ci il tarixlində Qubadlı rayonu uğranda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğranda”,  29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

 

 

 

 

               Alıyev Elçin Bayram oğlu

 

Qubadlı şəhər sakini Alıyev Elçin Bayram oğlu 16 iyul 1975-ci ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982-ci ildə Qubadlı Şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbin məzunu olmuşdur.

1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olsa da, 1993-cü ildə Ali Hərbi məktəbə yerdəyişmə edib. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artelleriya fakültəsinin 1-ci kursuna qəbul olub. 1997-ci ildə Taktiki Yerüstü Artelleriya Komandiri və Artelleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasma yiyələnmişdir. 1997-2005-ci illərdə N. saylı hərbi hissədə Artelleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə N. saylı hərbi hissədə Artelleriya rəisinin köməkçisi, 2010- 2011-ci illərdə N. saylı hərbi hissədə Artelleriya rəisinin baş köməkçisi, 2014 sentyabr - 2015 yanvar tarixə qədər H.Əliyev adma Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015-ci il yanvar ayından 2017 aprel aymadək N. saylı hərbi hissədə Artelleriya bölməsi rəisinin baş köməkçisi vəzifəsində xidmət edib. 2016- cı ilin aprel döyüşlərində “Lələ təpə”nin azad olunmasında öndə gedənlərimizdən biri olmuşdur.

2017-ci il aprel aymdan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Təqaüdə çıxmasına baxmayaraq, 01 oktyabr 2020-ci ildə N. saylı hərbi hissədən könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Döyüş yolu ilk əvvəl Ağcabədi rayonunda əsgərlərə təlim keçməklə başlayır. Sonra isə əsgərləri ilə birgə Füzulidə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Şuşada gedən döyüşlərdə fəal iştrak edən igidlərdən biri olur.

Müharibə zamanı ayağmdan yaralanmasına baxmayaraq, döyüşə davam etmişdir.

7 noyabr 2020-ci ildə sinəsindən 3 güllə yarası alsa da, 1 gün yaralı vəziyyətdə döyüşür.

O, 8 noyabr 2020-ci ildə Şuşada gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Alıyev Elçin Bayram oğlu ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

 

 

             Allahverdiyev Vüsal Tahir oğlu

 

Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub. 

2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbi bitirərək  Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakultəsinə daxil olub və həmin universiteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N. saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 

14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olandan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır.  

01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.

4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət görstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindan çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsal bildirib ki, ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq.

Həmin döyüşdən sağ çıxıb komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur.

Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşüb.

Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürürla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhidlikdirsə, o işdən niyə qorxmalıyıq!".

Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olub. Hücum zamanı üzbəüz döyüşdə güllə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev  Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Subay idi.

Allah rəhmət eləsin!

 

 

            Həsənzadə Məhəmmədəli Hörmət oglu

 

Qubadlı  rayonunun  Qilican  kənd  sakini  Həsənzadə Məhəmmədəli Hörmət oglu 01 may 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.  

2016-ci ildə Qubadlı rayon Yuxarı Mollu kənd tam orta məktəbini bitirərək Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olmuşdur.

2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

2020-ci il 27 sentyabr - Vətən Müharibəsi başlayan gündən Həsənzadə Məhəmmədəli Hörmət oğlu əvvəlcə Füzuli rayonu, daha sonra Xocavənd rayonu ərazisində döyüşmüşdür.

2020-ci il 6 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən ağır döyüşdə Həsənzadə Məhəmmədəli Hörmət oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və Sumqayıt şəhərində yerləşən “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Həsənzadə Məhəmmədəli Hörmət oglu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Subay idi.  Allah rəhmət eləsin!

 

 

                     Məhərrəmov Ülvi Tahir oğlu

 

Qubadlı rayonunun Sarıyataq kənd sakini Məhərrəmov Ülvü Tahir  oğlu  05 iyul 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2003-cü ildə Mahruzlu kənd tam orta məktəbinə 1-ci sinifə getmiş, 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmiş və Bakı şəhəri Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş, 2015-ci ildə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olmuş, 2019-cu ildə akademiyanı qurtarıb leytenat hərbi rütbəsi alaraq Müdafiə Nazirliyinin N. saylı hərbi hissəsində tağım komandiri vəzifəsinə təyin olunmuşdur, 

2020-ci ilin sentyabr ayından bölük komandiri vəzifəsinə təyin olunmuşdur.  

Vətən müharibəsində vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 14 oktyabr 2020-ci ildə Füzüli rayonu ərazisində gedən döyüşdə şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məhərrəmov Ülvü Tahir  oğlu ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmişdir.

Subay idi. Allah rəhmət eləsin!

                       Mustafayev Rüfət Zöhrab oğlu

 

Qubadlı  rayonunun  Dondarlı  kənd  sakini  Mustafayev Rüfət Zöhrab oğlu (əslən Qubadlı  rayonunun Aşağı Xocamsaxlı kəndindəndir) 12 mart 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.  

2013-cü ildə Sumqayıt şəhərində yerləşən 18 saylı tam orta məktəbini bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 2017-ci il tarixdə universiteti bitirmişdir.          

2019-cu ilin oktyabr ayının 23-də həqiqi hərbi xidmətə çağrılmış, Goranboy rayonunda yerləşən N. saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi  döyüşlərində fəal iştirak etmiş, cəsarəti və cəsurluğu ilə seçilmişdir. 

12 oktyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndləri uğrunda gedən qızğın və üzbəüz döyüşdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Mustafayev Rüfət Zöhrab oğlu ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmişdir.

Subay idi.

Allah rəhmət eləsin!

 

 

                   İsgəndərov İlkin Camal oğlu

 

Qubadlı  rayonunun  Hacılı  kənd  sakini İsgəndərov İlkin Camal oğlu  18  mart 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2005-ci ildə Qubadlı rayon Kavdadiq kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 2016-ci ildə həmin  məktəbi bitimişdir.

2018-2019-cu illərdə  Gəncə şəhərində yerləşən N. saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 

Vətən müharibəsi  başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.

Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.

25 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Subay idi.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

         ƏSLƏN QUBADLIDAN OLAN ŞƏHİDLƏRİMİZDƏN

 

                 Əsgərov Rüfət Mürvət oğlu

 

Əslən Qubadlı rayonunun Aşağı Mollu kəndindən olan mayor Rüfət Mürvət oğlu Əsgərov 29 avqust 1981-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Xətai rayon Ə.Əliyev adına 204 saylı orta məktəbi bitirmişdir.

O, 1999-cu ildə Azərbaycan Ali Hərbi Məktəbinə (hazırki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) daxil olmuş, 2003-cü ildə həmin məktəbin Qoşun Kəşfiyyatı ixtisası üzrə bitirmiş və leytenant rütbəsi almışdır.

Rüfət Əsgərov 2003-2009-cu illər (leytenant rütbəsi ilə) Beyləqan rayonunda, 2009-2012-ci illər (Baş leytenant rütbəsi ilə) Ağcabədi rayonunda, 2012-2014-cü illər (kapitan rütbəsi ilə) Gəncə və Tovuz şəhərlərində yerləşən N. saylı hərbi hissələrdə çalışmışdır.

İxtisasça kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2014-2020-ci illər (mayor rütbəsi ilə) Vətən müharibəsinə gedənədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib.

Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Qüsursuz xidmətə görə" III, II, I dərəcəli və Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, və 100 illik yubiley medalları ilə təltif olunmuşdir.

Azərbaycan Ordusunun mayoru olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüçlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə cəsarətlə vuruşmuşdir. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv etmiş, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənmişdir.

Rüfət Əsgərov 2020-ci ilin oktyabrın 14-də  Ağdərə şəhəri istiqamətində - Tərtər rayonunun Ballıca kəndi ərazisində xüsusi mühüm, dövlət və strateji əhəmiyyətli tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri xiyaban"da dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Rüfət Mürvət oğlu Əsgərov ölümündən sonra “Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalmışdır.

Allah rəhmət eləsin!

 

 

            Abdullayev Elnur Təvəkkül oğlu

 

Əslən Qubadlı rayonunun Yuxarı Mollu kəndindən olan Elnur Təvəkkül oğlu Abdullayev 10 iyul 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilini Sumqayıt şəhər 22 saylı məktəbd almışdır.

O, 2004-2005-ci illərdə Sumqayıt şəhər 4 saylı peşə liseyində oxumuş, 3-cü dərəcəli geniş projeli dəzgahcı ixtisası almışdir.

Elnur Abdullayev 2007-2009-cu illərdə Lənkəran-Cəlilabad N. saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. Silahlı qüvvələrimizdə xidmət etmək marağında olduğu üçün müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətdə qalır.

MAHHXHQ (MAXE) əsgər Elnur Təvəkkül oğlu Abdullayev 2011-ci ildə Tank Texniki sürücülük kursunu bitirdikdən sonra yenidən ordu sırasına xidməti vəzifəsini yerinə yetirmək üçün göndərilir.

Xidməti müddətində Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə Elnur Təvəkkül oğlu Abdullayev “Qüsursuz xidmətə görə" III dərəcəli və Azərbaycan Silahlı Qüvvələrinin 95 və 100 illik yubiley medalları ilə təltif olunmuşdir.

O, xidmətinə görə, bir çox Fəxri fərmanlara da layiq görülmüşdür.

Elnur Təvəkkül oğlu Abdullayev 27 sentyabr 2020-ci ildə Fizuli, Xocavənt istiqamətlərində düşmənlərlə döyüşmüş, düşmənin 9 tankını qənimət olarak ələ keçirməsində peşəkarlıq və şücaət göstərmişdir.

Döyüşlərin birində idarə etdiyi tankın vurulmasında son anda xilas ola bilsə də, 27 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə cəsur tankçı Elnur Təvəkkül oğlu Abdullayev qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış və Sumqayıt şəhər “Şəhidlər xiyabanı”nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Elnur Təvəkgül oğlu Abdullayev ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ailəli idi, iki qız övladı yadigar qalmışdır.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

                 Quliyev Azər Zakir oğlu

 

Əslən Qubadlı rayonunun Xallava kəndindən olan Quliyev Azər Zakir oğlu 10 oktyabr 1996-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

2003-cü ildə Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunan Azər Quliyev, 2011-ci ildə 9 illik təhsilini başa vurduqdan sonra təhsilini Sumqayıt şəhər Peşə liseyində davam etdirmişdir.

2015-2017-ci illərdə Qazax rayonunda həqiqi hərbi xidmətdə olmuş, həmçinin məlum Aprel döyüşlərində də fəal iştirak etmişdir.

Quliyev Azər 2020-ci il sentyabrın 29-da II Qarabağ - Vətən müharibəsinə könüllü olaraq getmiş, çərəfli bir döyüş yolu keçmişdir.

O, oktyabrın 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış, Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Azər Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmişdir.

Subay idı.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

                Quliyev Ramil Elşən oğlu

 

Əslən Qubadlı rayonundan olan Quliyev Ramil Elşən oğlu 1991-ci ilin yanvar ayının 4-də Qubadlı şəhərində anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2000-ci ildən isə təhsilini Sumqayıt şəhər 35 saylı tam orta məktəbində davam etdirib və 2008-ci ildə həmin məktəbin məzunu olub. Ali təhsilini Ukraynada almışdır.

O, 2011-ci ildə Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının (MAUP) menicment fakultəsinə daxil olmuş və 2015-ci ildə bitirmişdir.

2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə getmiş, hərbi xidmətdə baş atıcı olmuşdur. Hərbi xidmətdə olduğu müddətdə məlum Aprel döyüşlərində, eləcə də “Lələ təpə" uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir və 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdur. Tərxisdən sonra bir çox özəl şirkətdə çalışmışdır.

Məlum Tovuz hadisələri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsinə müraciət etmiş, anasinın uzun zaman onkoloji xəstəlikdən əziyyət çəkməsini və özünün ailədə tək oğul olmasına baxmayaraq cəbhəyə getməsini qətiyyətlə israr etmiş və qeydiyyata alınmışdır.

27 sentyabırda - Vətən müharibəsi başlananda ona müharibəyə çağırış vəsiqəsi gəlmişdir. 29 sentyabırda ailəsinə bağlı, istiqanlı, gülərüz, zarafatcıl, xeyirxah, həm də son dərəcə vətənpərvər olan Ramil Quliyev döyüşə gedişiylə xəstə anasının vəziyyətinin daha da ağırlaşacağını bilsə də, ayrılanda,- ana, vətən dardadır, mən qayıdana qədər möhkəm ol, sən güclüsən!- deyib, cəbhəyə yollanmışdır.

Onun cəsurluqla dolu qısa döyüş yolu Füzulidən Hadruta qədər olmuşdur. Belə ki, 9 oktyabrda  - Hadrut uğrunda gedən ikinci hücum zamanı öndə gedib qəhrəmancasına döyüşən və verilən tapşırıqları uğurla yerinə yetirən Ramil Quliyev düşmən snayperi ilə vurulmuş, şəhidlik zirvəsinə ucalmışdır. Onun nəşi 12 gün neytral zonada qalmışdır. Cəsur döyüşçülərimizin növbəti hücumu zamanı Ramil Quliyevin Ülvi adlı əsgər yoldaşı onu 4 km. çiynində daşıyaraq, arxa cəbhəyə təhvil vermişdir. Ramil Quliyev oktyabr ayının 22-də Sumqayıt “Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Quliyev Ramil Elşən oğlu  ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmişdir.

Subay idi. Ailədə bir qardaş, bir bacı idilər.

Allah rəhmət eləsin!

Qeyd edək ki, sağlamlığı ağır olan anası Güldanə xanım Ramilin şəhid olma xəbərini eşidəndən sonra gündən-günə daha da ağırlaşmağa başladı və Ramildən sonra cəmi 20 gün yaşıya bildi. Noyabr ayının 10-u, qələbə günündə qələbə xəbərini eşidəndən bir neçə saat sonra dünyasını dəyişib şəhid balasına qələbə xəbərini apardı.

Allah rəhmət eləsin!

Ramilin ailəsi Ramili və ananı itirdi. Geridə bütün bu acıları yaşıyan bir ata və bir bacı qaldı. Yaşadıqları bu acılara baxmayaraq ata və bacı Ramilin vətənpərvərliyi, qəhrəmanlığı ilə fəxr edirlər.

Ramilin son arzusu bayrağımızı Qubadlıda sancmaq idi. Bu, ona nəsib olmasa da, yaxınları onun son arzusunu yerinə yetiriblər. Bayrağı və onun şəklini Qubadlıdakı ata-baba yurduna asıblar.

 

 

 

 

 

 

                        Qorçuyev Anar Nadir oğlu

 

Əslən Qubadlı rayonunun Çardaxlı kəndindən olan Qorçuyev Anar Nadir oğlu 1987-ci il yanvar ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktətbin 1-ci sinfinə getmiş, 2005-ci ildə isə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdiyi il Azərbaycan Universitetinə qəbul olmuş, 2009-cu ildə bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar hər bir kollektivin hörmət və rəğbətini qazanmışdır.

2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əskərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olur.

Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əskərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əskərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçiyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçiyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır.

Döyüşdə bir çox qəhrəmanlıq  göstərən Anar Qorçiyev oktyabrın 7-də həmin istiqamətdə şəhid olur. O, Sumqayıt şəhər “Şəhidlər xiabanı"nda dəfn olunur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Qorçuyev Anar Nadir oğlu  ölümündən sonra “Vətən uğrunda” medalla təltif edilmişdir.

Ailəli idi. Özündən sonra geriyə 3 yasli bir qizı və növbəti aylarda dünyaya gələcək, üzünü görmədiyi bir övladı da qaldi.

Anar istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, Qubadlıya bayraq sancsın və qızı böyüyəndə onunla fəxr etsin.

Bütün tanıyanların sevimlisi olan Anar xatirəmizdə əbədi yaşayacaq və daim fəxrimiz olanlardan biri olacaq!

Allah rəhmət eləsin!