SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

"Qubadlı rayonu NATO-ya məxsus İncirlik Hərbi Bazasına oxşar bir strateji ərazi kimi diqqətdədir"
"Dünyanı sarsıdan ən amansız xəstəliklərdən olan “Şəkər xəstəliyi”nun dərmanı məhz, burdadır..."
Apardığımız tədqiqatlar göstərir ki, Vaşinqtonda nəşr olunan “Aqtu Times” – (“Ordu saatları”) həftəlik qəzeti yazır ki, Azərbaycanın Ali baş Komandanı, Prezident İlham Əliyevin “Müharibə qovluğundakı şəkillərinin birində göstərilir ki, azad olunmuş Qubadlı rayonunun torpaqları onun üçün ən qiymətli və ən əziz strateji ərazilərdəndir. Amerika kəşfiyyatında nüfuzlu yerlərdən birini tutan polkovnik Edqar Stivenson bildirir ki, həm Moskva, həm Paris, həm Tehran, həm də Ankara generalları qeyd ediblər ki, Qubadlı ərazisindən Dünyanı idarə etmək mümkündür.

"Nizami ili” ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin  bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.

Bu baxımdan mütəfəkkir şairin ədəbi irsində ən gec və ən az öyrənilən sahələrdən biri olan ezoterizmin dərindən araşdırılmasına böyük ehtiyac duyulur.

Əvvəlcə ezoterizmin təbiəti haqqında məlumatları yada salaq.

Qubadlıda Razim Əliyevin qibtə ediləsi hörməti, nüfuzu var. Tale həm də ona bu imkanı qazanmağı, özünü təqdim etməyi nəsib edib. Sovetin diri vaxtında 30 yaşı olmamış  rayon partiya komitəsinin 2-ci katibi, ardınca da rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 33 illik dövlət qulluğundan sonra təqaüd yaşına çatan günü, əvvəlcədən də elan etdiyi kimi, ərizəsini qoyub pensiyaçı ömrünü yaşamağa başlayıb. Prezident Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, başqa təltifləri də var. Ancaq rayon rəhbərliyi, ağsaqqallar təqaüdə çıxandan sonra da onu rahat buraxmayıblar, gərəkli adam olduğunu bilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Qubadlı Rayon təşkilatına sədr seçiblər. Yəni təqaüddə olsa da, Razim müəllim bu gün də yenə layiq olduğu görünən yerdədir.

İllər illəri əvəzləyir. Əvəzlədikcə də geridə buraxdığımız  illərdə  yaşanmış  tarixi unutmamaq,  gələcək nəsllərə  bacardığımız  qədər  ötürməyə  çalışmalıyıq. Bu günü düşünəndə  o qədər itirdiklərimiz, unutduqlarımız, nəzərdən  qaçırtdıqlarımız var ki.  Mən də heç düşünməzdim ki, bir vaxtlar  bu  faktlar, məlumatlar  qarşısında  aciz qalacam. Yəni araşdırmalarımda  çəkdiyim  çətinliklərlə  üzləşəndə, itirdiyim  insanlardan  bu mənada  istifadə etmədiyimə  görə  təəssüflənirəm. Çünki  indi  yazmaq  istədiyim  mövzu  haqqında  kifayət qədər məlumat ala biləcəyim  bir insanla, Soltan  babamla (Soltan Qəhrəman oğlu Soltanov 1870- 1975 ) nə qədər desən  bir yerdə  olmuşuq. Eləcə də başqa  insanlarla.

Hacı NƏRİMANOĞLU, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Yolçu! Bu məzarda uyuyan şəhid,
Qardaşın qardaşa əmanətidir.
Odlar diyarının istiqlalına
Qoca Türkiyənin zəmanətidir!