SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Müraciətdə deyilir: “Əziz, möhtərəm prezidentlərimiz!
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyi Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən Qərarın təsdiq olunmasını cani-könüldən alqışlayır, bu mübarək hadisə münasibətilə sevinən hər kəsi təbrik edirik. Bu qərar qardaş xalqlarımızın yekdil arzu və istəyinin ifadəsi, Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi iradəsi, qətiyyətinin təntənəsidir.

Dünyanın müxtəlif xalqlarına mənsub yüzlərlə tanınmış alim, tədqiqatçı, səyyah, filosofun, o cümlədən erməni məşhurlarının bir çoxu ermənilərin təbiətən xəyanətkar, dağıdıcı, xəbis, qorxaq, nankor, paxıl xislətli psixologiyası, mentaliteti barədə yazmışlar. Qədim zamanlardan günümüzədək söylənilən belə fikirlərin doğruluğu 27 sentyabr 2020-ci ildən başlanıb 44 gün sürən Azərbaycan-Ermənistan savaşında bir daha aydın  göründü, yenə də bütün çılpaqlığı ilə üzə çıxdı. 

Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinal yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi video-faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı  görüntü, çıxışlarda appaçıq görünür.

 Müraciətdə deyilir: “Əziz xalqımız, müzəffər Ordumuz,  möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! 27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 44 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır  məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.

25 illik fasilədən sonra ötən günlərdə - 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirib. Müzakirələrdən sonra Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Rusiyanın adından bəyanat layihəsi hazırlanıb, səsverməyə çıxarılıb. Xoruzun quyruğu da bu zaman görünüb; bəyanatda 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi tamam “yaddan çıxıb”, Ermənistanın təcavüzü, işğalçılığı “unudulub”. 525-ci qəzet, 30.10.20