SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

 Azərbaycanın 27 sentyabr 2020-ci ildə başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələrilə bizi qəti qalibiyyətə - Zəfər gününə aparır. Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır, çünki bütövlüyünü, tamlığını, şərəfini bərpa edir! Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla davam edən döyüşlər artıq Azərbaycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə çatıb.

 

AzərTAc-ın sərhəd bölgələri üzrə xüsusi müxbiri-AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru olmuş Hacı Nərimanoğlu Qubadlı və ətraf rayonlarda şahidi olduğu, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığı müharibə və digər  xatirələrini “AZƏRTAC-da 15 il” silsiləsindən qələmə alıb.

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905-06, 1915, 1918-20, 1937, 1947-53 və nəhayət  31 il əvvəl - 1988-ci ilin oktyabr ayından  etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar.
Yeniavaz.com-un soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən olan bu hadisələr barədə suallarını Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa cavablandırıb.  

Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır. Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora.”

Türk millətinin istiqlalının simvolu olan Qazi Mustafa Kamal Paşa Atatürk 19 may 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır.