SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri

Azərbaycan xalqının qəhrəmanlıq və milli azadlıq hərəkatı tarixində Qaçaq Nəbinin adı, mübarizəsi şərəfli yer tutur. Nəbi Alı oğlunun XIX əsrin 70-90-cı illərində Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) yerli zülmkar mülkədarlara qarşı müqaviməti, az keçmədən yadellilərə - müqəddəs Vətən topaqlarımızı qanla suvarıb işğal edən çar Rusiyasına və onun müstəmləkəçi, şovinist idarə üsuluna, imperiyanın yerli hökumət orqanlarına, “sapı özümüzdən olan baltalara” qarşı çevrildi. 20 il davam edən bu mübarizə Zəngəzur, Qarabağ, Naxçıvan, Dərələyəz, Vedi mahalları ilə yanaşı, Qacarlar İranı, Osmanlı dövlətinin bir sıra vilayətlərini də əhatə edirdi.

"Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin 2018-ci ildə icra etdiyi “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” kitabının nəşri" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 94 bal toplayraq "Əla bal toplayan təşkilatlar" siyahısına düşüb (http://cssn.gov.az/news.php?id=3659). QHT-miz bundan əvvəl də dəfələrlə Şuranın və digər qurumların Fəxri fərmanlarına layiq görülüb.

 

 

Mehman Qaraxanoğlu 1957-ci ilin 1 Mayında Astarada doğulub. Bəlkə də bu cümlədə statistik rəqəmlərdən yan keçmək olardı, amma... Əksinə, biz burada qrammatikadan kənar olsa da, birdəfəlik üç sözü məntiqi vurğu altına salmaq istəyirik: “1957-ci il”i, “1 May”ı və “Astara”nı... Çünki Mehmanın taleyində hər üçünün öz yeri vardır. Doğuldum 57-də... Hələ Həvva Adəmi doğmamışdı. Ağrı yasaq edilmiş meyvə kimiydi... (“Avtoportret”)

Ağrının yasaq edildiyi bir dövrdə doğulmağın özü də zülümdü... Amma şair əlini uzadıb ağrını budağından üzməli idi. Çünki bunsuz mümkün deyildi.

“Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyən Milli Məclisin üzvü Fazil Qəzənfəroğluna

(mənbə: sherg.az / 2018-05-03/ Bu küçəyə Rövşən Lənkəranskinin adının verilməsi təklifinə deputatdan reaksiya) F.Qəzənfəroğlunun yanaşması doğru deyil. Qaçaq Nəbi “Sovet dövrünün şişirdilmiş” yox, əksinə “kiçildilmiş” qəhrəmanıdır, həm də “obraz” yox, 122 il bundan əvvələ qədər yaşamış  canlı tarixdir, doğulduğu il, nə vaxt, niyə qaçaq düşdüyü də, Azərbaycanın o tay, bu tayında kimlərlə hansı günlərdə savaşa girdiyi, kimləri, nə qədərini  necə cəhənnəmə vasil etdiyi, kimlərin xəyanətkar əlilə, nə vaxt, harda, hansı gündə  qətlə yetirildiyinə qədər bəlli olan yaxın tariximizdi, həm də şərəfli, şöhrətli tariximizdi Qaçaq Nəbi, qoçaq Həcər adı, mübarizəsi, mücadiləsi   (https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi). Peterburq, Tiflis, İran, Türkiyə, Bakı arxivlərində çox sayda sənədlər, XIX əsrə aid arxiv materialları aşağıda haqqında bəhs edəcəyim yanaşmalarla, tarixi faktlarla üst-üstə düşür. Bunlara bələd olmadan, indiyədək yazılan tədqiqatları  bilmədən Qaçaq Nəbi haqqında danışan, yazan “hərşeyşünas”larımızın halına yazıqlar olsun.

Məqalə "Azərbaycan" jurnalının 2015-ci il 7-ci №-də dərc olunub

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.
İki il kənd məktəbində oxuyub. Zəngəzurda törədilən faciəli qırğınlardan sonra Naxçıvanda yaşayıb, bir dərəcəli məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda Pedaqoji İnstituta daxil olub. 1931-ci ildə institutu qurtaran Ə. Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışıb.