Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
MƏQALƏLƏR

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

 Mən Zəngəzurun Dəstəyurd kəndində doğulub böyümüş, işğala qədər orada yaşamışam. 150 evli bu kəndin hər evi, daşı, qayası, cığırı ömürlük hafizəmə həkk olub.1947-ci ilin yayında SSRİ Elmlər Akademiyasının milliyyətcə rus, erməni və qazax alimlərindən ibarət axtarış briqadası bir xəritənin izi ilə bu qədim türk yurduna, hər tərəfdən dağlarla əhatələnən, mineral suları, minbir dərdə dərman bitkiləri ilə zəngin olan yaşayış məntəqəsinə təşrif gəldilər. Alimlər Dəstəyurdun sovet sədri Mürşüd Əliyevə gəlişlərinin məqsədini bildirib kömək göstərməsini xahiş etmişdilər. Müharibədən çıxmış ölkə üçün Dəstəyurd filiz yataqlarının aşkara çıxarılaraq istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edirdi. Təbii ki, Moskvadan yüz kilometrlərlə məsafəni qət edib ucqar bir dağ kəndinə gələn geoloji-kəşfiyyat qrupunun əlində ciddi əsaslar, xəritələr var idi. Bu sənədlər 1870-1880-ci illəri əhatə edən xəritələrə və başqa rəsmi bilgilərə əsaslanırdı.

 

Hekayəçilik ədəbiyyatın ən doğma işidir. Ədəbi janrların müxtəlifliyinə rəğmən ən çox müracət olunan bədii yazı növü kimi hekayənin nüfuz dairəsi genişdir. Bədii mətnlə həyatın sosial problemlərini, fərdi ruhsal qayğılarını gündəmə gətirmək üçün ən yaxşı üsul hekayə yazmaqdır. Bir hekayə ilə də böyük ədəbiyyat cəbhəsində yer tutmağın tarixi-fəlsəfi örnəkləri vardır. Bu baxımdan, hekayə ilə yaradıcılığa başlamaq, ya hekayə ilə davam etmək bədii sənət tarixində çox qələm adamının taleyini müəyyən edibdir. Bir qədər obrazlı ifadə etsək, hekayəni yazıçının taleyində alınmaz qalaya bənzətmək olar. Elə bir məqam ki, orada zaman adlı “zalımın” hücumlarından özünü qoruya bilsin. G.Mopassanın “Gombul”, C.Məmmədquluzadənin “Usta Zeynal”, S.Rəhimovun “Su ərizəsi”, Y.Səmədoğlunun “Bayatı-Şiraz” (bu arada 60-cılar adı ilə tanınan yeni Azərbaycan nəsrinin digər nümayəndələrinin və əlbəttə, dünya ədəbiyyatının tipik hekayə müəlliflərinin adlarını siyahıya əlavə edə bilərik) kimi “gülləbatmaz” hekayələri ilə təkcə bu əsərlərin müəllifini deyil, tamamən ədəbiyyatın prinsipial dəyərlərini qoruyub saxlamaq mümkündür. Bir sözlə, hekayənəvis olmadan nəsrin ağır aşırımlarına bələdçilik etmək çətindir. Bu yöndə fikrimi böyük C.Məmmədquluzadənin təbirincə desək, “dağarcığını çuvalların cərgəsinə çəkmək” istəyən bir yazıçımız, bu vaxtacan bir neçə kitablıq hekayə və bir neçə iri həcmli nəsr əsərini çap etdirmiş Rəşid Bərgüşadlı üzərində qurmaq istəyirəm.

O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermşdilər. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

 İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Haqdan, ədalətdən, demokratiyadan dəm vuran bir çox beynəlxalq təşkilatlar, bəzi Avropa ölkələri şəri, xəyanəti, yalançılığı, bir sözlə, bütün  anti-bəşəri dəyərləri özündə ehtiva edən erməni vərəminə yiyə durmaqda davam edirlər. Biz isə qədim xalq olaraq hələ də təəccüb və heyrət içində düşünürük ki, nə üçün xəstə təfəkkürlü, şeytan xislətli erməni toplumu belə himayə olunur? Son 30 ildə (təkcə son 30 ildəmi) haylar günahsız körpələri, qadınları, qocaları, mülki əhalini qətlə yetirməklə Azərbaycan xalqına qarşı soyqrım törətməyiblərmi? O Azərbaycan xalqına qarşı ki, dünyada milli dövləti ilə tolerantlığın ən gözəl nümunəsidir. Özünün kifayət qədər problemləri, bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşı ola-ola Avropada kilsə, məktəb tikdirən və ya təmir-bərpa etdirən, mütərəqqi layihələri reallaşdıran, həyata keçirtdiyi humanitar siyasətlə dünyaya əmin-amanlıq mesajları verən Azərbaycana kim nə verib ala bilmir?  

                        Həmidov Şükür Nəriman oğlu

  Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuş, Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adma hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat uzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.