SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

qacaqnADP sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 il ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında ağzından əsassız şər-böhtan, iftiralar yağdırıb http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas"ın cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm. Nəbi, Həcər nə Koroğlu, Nigar kimi dastan qəhrəmanı deyil, nə də Babək kimi çox uzun dövrün o üzündə yaşamayıblar. Hər ikisinin doğumu, ölümü bəlkə gününə saatına qədər də bəllidir. Gələn il vəfatının 100 ili tamam olacaq Həcərin qəbri, başdaşına əksi həkk olunmuş məzarı Qubadlı işğal olunana kimi Aşağı Mollu kəndində Qaçaq Nəbidən sonra ərə getdiyi  qohumu, həmkəndlisi Həmzənin qəbri ilə yanaşı dururdu. Fotosun Nəsiman Yaqublu, Lətif Şüküroğlu ilə birlikdə çəkib “Azərbaycan Ordusu”, “Sərhəd” qəzetlərində vermişdik, 1989-cu uldə Babək Hüseynoğlunun “Aydınlıq” qəzetində “Elin bu günündə gələydin, Nəbi” sərlövhəli yazımda da o fotoşəkil getmişdi. Kənddə Həcərin yaşadığı, vəbadan öldüyü evin xarabalığı da qalırdı.

qubadli-130XIX əsrin axırlarında çar hakimiyyəti birdən-birə hiss etdi ki, milli ucqarlarda rusca yazı-pozu bacaran, rus dilini bilən və yerli əhali arasından seçilmiş məmurlar olmadığından hakimiyyəti idarə etmək çətinləşir.
Digər tərəfdən, əsrlərlə İranın ilhaqı altında yaşamış xalqda bu ölkənin təsirini azaltmağın və müsəlman əhalinin Rusiyaya meylliyini artırmağın yeganə yolu həm onun öz dilində məktəblərin açılması, həm də həmin millətin öz milli teatrının, mətbuatının fəaliyyət göstərməsidir. Ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblərin açılmasına şərait yaradıldı. Azərbaycanda dövlət hesabına bir neçə kənd məktəbi açmağa qərar verildi.

300px-Uyezd of ZangezurAzərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV: Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq.   

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilinməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır.     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:“Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”. Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında nitqindən, 16.IX.2010, İstanbul

1316064829 nuru paa

8 minlik Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da başladı. Türk Qafqaz İslam Ordusunun Gəncədən üzübəri qarşısına keçən təpədən dırnağadək silahlanmış seçmə rus-erməni birliklərini darmadağın edərək coşqun əhvali-ruhiyyə ilə günbəgün Bakıya doğru yaxınlaşması Bakıda öz qanlı hakimiyyətini qurmuş bolşevik-daşnak hökumətini həm qorxudur, həm də müdafiə tədbirlərini artırmağa sövq edirdi. Bu zaman Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətini sevindirən hadisə baş verdi: general Denstervillin komandanlığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis briqadası 4-7 avqust 1918-ci ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı.

Çarizm dövründə Yelizavetpol, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ quberniyasına daxil olan Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı kəndi (indiki Laçın rayonu) 1905-1920-ci illər tariximizin iki məşhur simasının - xalq qəhrəmanı Sultan bəy və Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarbağın general-qubernatoru Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovların doğulduğu kənddir. Sultan bəy 1871-ci ildə doğulub. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu (1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa qəza məktəbinə göndərdi.Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu.