Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
MƏQALƏLƏR

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Nəzər HeydərovimageArif HDoğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında  mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da adları ehtiramla çəkilən, rəhmətlə anılan, özlərindən sonra silinməz iz qoyub gedən insanlardandır.

Həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ən ağır günlərini yaşayırdı. Bir tərəfdən daxildəki qüvvələrin xəyanəti, o biri tərəfdən erməni daşnaklarının bütün ölkə boyu törətdikləri qanlı qətliamlar, digər yandan da Rusiyadan əsən bolşevizm küləkləri və bu havaya uyan bolşeviklərin əməlləri gənc Respublikanı ölüm-dirim savaşı qarşısında qoymuşdu. 

picture158984Elvira Araslının «İnsan və onun zamanı (atam haqqında xatirələr)» kitabı SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanovun dəyərli ömür yolundan bəhs edir. Əli Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə  doğulmuşdu. Anası onu dünyaya gətirəndə həyatdan köçmüşdü. 11 yaşı olanda atası tatar polkunun tərkibində Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə həlak olmuş, döyüşdə igidliyinə görə çar Rusiyasının yüksək döyüş ordenləri almışdı. Ər kişi qeyrətli nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar qoynunda böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vurur.

İctimai-siyasi sistemlər dəyişdikcə, zaman ötdükcə, illər bir-birini əvəz etdikcə təəssüf ki, bu günkü müstəqil Azərbaycan dövlətinin etibarlı təməl üzərində yüksəlişinə münbit şərait yaradılmasına vaxtında sanballı dəstək vermiş bir çox insanların da adları unudulur, böyüyən gənc nəsil xalqımızın tərəqqisi naminə böyük əmək sərf etmiş, xidmətlər göstərmiş, öz dövrünün ən sayılan, seçilən, öndə gedən insanlarının adları yaddaşlardan silinir, yaxud da gənc nəsil tariximizin yaxın dövrlərində yaşamış bir sıra dəyərli şəxsiyyətlərin fədakar fəaliyyəti, şəxsiyyəti haqqında məlumatsız qalırlar. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” sözlərini tez-tez təskinlik üçün dilimizə gətirsək də, obyektiv həqiqət belədir. Belə unudulan insanlardan biri də 30-60-cı illərdə Azərbaycanın partiya-siyasi elitası, hökumət rəhbərləri arasında da, sadə əməkçilər içərisində də məxsusi hörmət-izzət sahibi olmuş, uzun illər nazir, Azərbaycan KP MK-nın tikinti üzrə katibi, respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, MK-nın büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş Mehbalı Firudin oğlu Əmiraslanovdur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 ildən çox ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında əsassız şər-böhtan, iftiralar yağdırıb http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas"ın cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm, çünki məsələ təkcə Qaçaq Nəbi, Qaçaq Həcər, S.Vurğun, Babək, Koroğlu, Xətai və b.da deyil, hədəf bütünlüklə Azərbaycan xalqının əsrlərdir inandığı, sevdiyi, şəxsiyyət nümunəsi, ədəbi, tarixi şəxsiyyətlərdir, milli-mənəvi dəyərləridir.