Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir. F-35, F-16-lar yaxın gələcəkdə tarixə çevriləcək, havadan müdafiə sənayesində artıq pilotlar olmayacaq, robotla idarə edilən təyyarələrdən istifadə ediləcək.
İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər, PUA-lar 3 min saat fasiləsiz uçuş edib, Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.
Rəcəb Tayyib Ərdoğan: “Türkiyə dünyada ilk dəfə analoqu olmayan lazer silahının istehsalına başladı. Pilotsuz döyüş təyyarə sistemimizi təqdim edərək, PUA arsenalımızı dünyanın bir nömrəsi edəcəyik. Dünyada öz savaş gəmisini dizayn, inşa və təmir edə bilən 10 ölkə içərisində yer alırıq. Quru və dəniz nəqliyyat vasitələrində həm dost, həm də müttəfiq ölkələrin ehtiyaclarını qarşılayırıq. Hazırda dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında 7 şirkətimiz var. Gələn il yeni tipli sualtı qayıqlarımızın birincisini istismara verməyi planlaşdırırıq.”
Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir.zengezur.com Report.az-a istinadla xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.
SÖZARDI: Türkiyənin, AK Parti İqtidarının, Şəxsən R.T.Ərdoğanın Vətən müharibəsində Azərbaycana hərtərəfli yardımı qanlı Boraltan faciəsində axıdılan günahsız qanların - üz qarasının hardasa qismən "yuyulması" idi. Bunu ilik dəfə sayın Ərdoğan yenidən olduqca təsirli bir dildə tarixin arxivindən çıxarıb bəyan etdi. O kədərli olayı - 1944-cü ildə 140 azərbaycanlı ziyalının kommunist rejimi tərəfindən güllələnməsi ilə nəticələnən hadisəni bir də xatırlayaq...
1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.
Bu illərdə isə Türkiyəyə “Milli Şef” (Prezident İsmet İnönü – red.) rəhbərlik edirdi. Həmin vaxtda isə Türkiyədə “Türk yurdunda TÜRKƏM” demək qadağan idi.
146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər.
Amma Milli Şefin – İsmüt İnönünin Türklüyə və türkə olan düşmənçiliyi 146 azərbaycanlının soyqırımına gətirib çıxarır.
Sovet hökumətindən gələn tələb qarşısında Ankaradan verilən cavab hər kəsi şoka salır. Çünki azərbaycanlılar öz qardaşlarından belə bir cavab gələcəyini heç ehtimal belə etmirdilər.
“Əsirləri dərhal geri qaytarın!”. Bu cavab hər kəsi qorxuya salır. Və yenidən paytaxt Ankaradan cavab istəyirlər. Cavab yenə də eyni olar: “Ölkələrinə geri verin”.
Azərbaycanlılar isə bu cavabın qarşılığında belə deyirlər: “Xahiş edirik, bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını Sovet Rusiyasına təslim etmək məcburiyyətində qalır. Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər. Hərbi hissənin komandiri sarhəddin o tayından bu tayında gördüklərinə dözə bilmir və evinə gəlib intihar edir.
Həmin azərbaycanlıların ölmədən öncə dedikləri ağı budur:
Boraltan bir köprü, aşar geçer Aras’ı,
Yuğsan Aras suyuyla, çıkmaz yüzün karası.
Karası, karası, merhamet fukarası,
Karası, karası, merhamet fukarası,
Düşman bekler karşıda, önüne kattı beni,
Can alınan çarşıda, kardeşim sattı beni.
Dönüp seslendim geri, merhametsiz birine,
Beni siz vursaydınız, şu gavurun yerine.
Azərbaycanın milli ruhlu şairi Almas İldirim “Dönük Qardaş” seirində bu faciəni belə dilə gətirir:
Türk deyincə, özü-sözü mərd olur,
Dost deyincə, ayrılmaz bir fərd olur,
Qardaş deyib dara düşsəm, sığınsam,
Bundan sora bu mana bir dərd olur...
Mən nə deyim bu vəfasız dağlara,
Öz qardaşı dönük olan ağlara.
Türk... O, Altayların dünki ərimi?
Yolundu can qoydum, verdim sərimi.
Düşdügü ağlardan qurtarsın deyə,
Sərdim ayağına doğma yerimi.
Qardaş ərmağanı tökülən qanlar,
Mana mükafatmı gedən qurbanlar?
Mən deyərdim Kayıxandır soyumuz,
Bir qaynaqdan varlığımız, boyumuz.
Dilim dili, yolum yolu, əməl bir,
Bir bayraqda ulduzumuz, ayımız.
Azəri, türk, türkman... Varmı ayrılıq,
Hardan doğdu bu imansız sayrılıq?
Alnımızın yazısı qaradır, qara,
Qaradan bir yaylıq yolladım yara,
Yol uzun, yar uzaq, yetişməz əllər,
Türklüyün qanayan qəlbini sara...
Fələk qıymış bəslənən bu diləgə,
Lənət türkü xəncərləyən biləgə!
Bir suçumu düşmənə köks gərdigim?
Günahımı Türklügə könül verdigim?
Düşmənin açdığı yaradan dərin,
Ana yurdda öz qardaşdan gördügüm.
Səslənsəydim səs çıxardı hər daşdan,
Nə bəklərsən sağırlaşan bir başdan?
Qaçdır əli qanlı çıxdı oyundan,
Nə bilim qəhbəlik varmı soyunda?
Girdigim özyurddan döndərilərkən,
Qanımın axdığı sınır boyunda.
Açan lalələrdən bir çələng hörsəm,
Türklük dünyasına ərməğan versəm..."
https://modern.az/az/olke/28256/boraltan-faciesi-146-soydasimiz-nece-qetle-yetirildi-arasdirma/