Laçının hansı kəndləri rusların nəzarətindədir?

Qubadlı rayonunun Yusifbəyli kəndindəki XVlll əsrə aid məscidin sökülməsində günahkarlar cəzalandırılacaq
14 aprel 2021-ci il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib. Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub. Dövlətimizin başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf 4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.html. https://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.
“Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”
Bunu Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib:“Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”. Dövlət başçısı qeyd edib ki, bu, faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var:
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz
“Bildiyiniz kimi, bu gün biz əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir. Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir”.
Nizaminin şərab zavodundakı heykəli
Şeyx Nizami Gəncəvinin bu heykəli "Bakı Şərab-1" ATSC-nin həyətindədir-Bakı, Nizami rayonu, Heydər Əliyev 156. “Min il sonra sorsan, bəs o hardadır? Hər beyti səslənər: “Burda, burdadır.” Hökmdarları ayağına gətirən dahiyə adını daşıdığı rayonunda ayrılmış məkan utandırıcıdır. Daş-divarı, torpağı spirt, şərab qoxuyan müəssisənin içərisindəki bu abidə istedadlı heykəlqayıranımız Ömər Eldarovun öz boyuna biçib tikdiyi Xətai, Dədə Qorqud, Koroglu...abidələri ilə müqayisədə insafən, daha yaxşı görsənir.Nə layiqli ölülərimizə, nə ləyaqətli dirilərimizə gərəyincə dəyər verməyi bacarmadıq bu vətəndə. Barı Nizami ilində heykəlinə bir babat bağ-bağatlı yer tapıb aparalar, bu məhbəsdən qurtulub azadlığa çıxaydı Dühamız. Hacı NƏRİMANOĞLU