Böyük Zəfərin 6-cı ilində, nəhayət ki, Qubadlıda böyük tikinti işlərinə başlanır.
zengezur.com xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilən tender müsabiqəsi şəhərdə çoxsaylı yaşayış binalarının tikinti-quraşdırma işlərini əhatə edir. Bu layihənin icrası üçün 36 225 492,39 azn məbləğində vəsait müəyyən edilib. Elan edilən tenderinə yekun vurulub, tenderin qalibi Emin Ağalarovun qurucusu olduğu “See Breeze Construction” MMC (VÖEN – 1805867851) olub. Bundan əvvəl Qubadlı rayonunun Xanlıq kənd yaşayış məntəqəsində genişmiqyaslı tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün ehtimal olunan dəyəri 94 milyon 807 min manat təşkil edən layihənin icrasına başlanacağı da elan edilib. Sifarişçi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsidir. Layihə çərçivəsində fərdi yaşayış evləri, çoxmənzilli binalar, eləcə də mühəndis kommunikasiya sistemlərinin qurulması nəzərdə tutulur. Qubadlının Mahruzlu kəndində 26.4 milyon manatlıq tikinti-quraşdırma işləri də son günlər sürətlə davam edir. Dövlət büdcəsindən ayrılan çoxmilyonluq vəsaitin təyinatı üzrə keyfiyyətli, səmərəli xərclənməsini, xeyirli nəticələrini görmək arzusu ilə
zengezur.com.