Qubadlı yeganə rayondur ki, işğaldan azad edilməsindən 5 ildən artıq vaxt keçsə də, hələ bir ailənin qayıdışı təmin edilməyib, bir kənd də tikilib bərpa olunmayıb, halbuki rəsmi təməlqoyma mərasimlərində deyilənlərə, verilən vədlərə, təsdiq olunmuş proqram, layihələrə görə, bu prosesə azı 2-3 il əvvəl artıq başlanmış olmalı idi. Görünür "ağıllı" idarəetmədə sözlə əməl arasında belə uyğunsuzluq adi ey imiş.
zengezur.com bildirir ki, KİV-də Aytəkin Cəfərova (Cəlili) ad, soyadlı xanımın "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsində qurumun Qubadlı rayonu üzrə ərazi şöbəsinin müdiri vəzifəsinə təyin olunduğu barədə xəbərlər yayılıb. Yəqin bu xəbəri oxuyub eşidənlər ilk dəfə bu qurumda 25 şöbənin, o cümlədən məxsusi Qubadlı şöbəsinin olduğunu da öyrənib düşünüblər, görəsən bu şöbə indiyədək 5 ildir nə işlə məşğul imiş ki, Qubadlıya bir ailənin də kiçik qayıdışını təmin edə bilməyib. Xatırladaq ki, Nazirlər Kabineti 2025-ci ildə - Zəfərimizin 5-ci ilində Qubadlıda 2026-2040-cı illərdə görüləcək işlərlə bağlı məxsusi qərar verib. Zilanlı kəndinin davam edən inşası isə tamamilə haqlı olaraq, tciddi arqumentli tənqidlərə məruz qalıb. Yeni - 2026-cı ilin, nəhayət ki, Qubadlıya qayıdışının başlanma ili olması arzusu ilə, barı gec olsa da, güclü olsun!
zengezur.com