"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını alqışlayırıq

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını alqışlayırıq

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

“Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidentinin  şahidliyi ilə Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını dəstəkləyir.

Bu tarixi anlaşmaların regionda, iki qonşu ölkənin gələcək münasibətlərdə yeni, xeyirli səhifə açacağına inanır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin dünya birliyi tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü, Dövlət Suverenliyini tam bərpa etməsindən sonra Ermənistan və digər qonşu dövlətlərlə sülh, dinc yanaşı yaşama, sərbəst gediş-gəliş, bütün mübahisəli məsələlərin danışıqlar əsasında, qan tökülmədən, beynəlxalq hüquqa uyğun formada həlli, regionda siyasi sabitliyə xidmət edən münasibətlər üzərində qurulması istiqamətində məqsədyönlü səylərini bəyənir, mövcud dünya reallıqlarını nəzərə almaqla Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana dinc qayıdış, Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi istiqamətində aparılan, xalqımızın, dövlətimizin mənafeyinə uyğun siyasətini müdafiə edir.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti adından sədr  Hacı Nərimanoğlu

09.08.2025