Əliyar 14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qəziyan kəndində doğulub. Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra hərbi xidmətə gedib, bir neçə dəfə Sovet Ordusunun sərbəst güləş üzrə çempionu olub.
Dövlət Tərcümə Mərkəzi ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq, Azərbaycanın qədim mədəniyyət beşiyi – 1752-ci ildə Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılmış Şuşanın tarixini əks etdirən nəfis tərtibli “Qarabağın incisi Şuşa” adlı kitab-albom ərsəyə gətirib.
Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə nəşr olunmuş “Şuşa - 270” kitabının təqdimatı olmuşdur.
Qərbi Zəngəzurun iqtisadi inkişafında azərbaycanlıların rolu
Zəngəzur dağlıq ərazi olmasına baxmayaraq Azərbaycanın elmi, mədəni və dövlətçilik həyatında mühüm yeri olan bölgələrimizdən biridir. Qarabağ, Naxçıvan və Təbriz kimi mədəniyyət mərkəzlərimizin qonşuluğunda yerləşən qədim Zəngəzur diyarı həmişə bu mərkəzlərlə sıx iqrisadi, mədəni və mənəvi əlaqədə olmuşdur.