Wednesday, 17 December 2025 01:47
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Qərbi Zəngəzurun Ermənistana verilməsinin gerçək xronikası belədir

14 Aprel 2021
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının KİV-də yayılan “Zəngəzurun Ermənistana verilməsi: mötəbər mənbələr nə deyir?” adlı yazısının  ilk abzası   belədir: ”Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P  Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. (https://azertag.az/xeber/Zengezurun_Ermenistana_verilmesi_moteber_menbeler_ne_deyir-1755703). 
Read more …

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

13 Aprel 2021

 

Çox hörmətli Mehriban xanım! 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda  http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf  4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.html. https://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.

Read more …

Nizaminin şərab zavodundakı heykəli

13 Aprel 2021

Şeyx Nizami Gəncəvinin bu heykəli "Bakı Şərab-1" ATSC-nin həyətindədir-Bakı, Nizami rayonu, Heydər Əliyev 156. “Min il sonra sorsan, bəs o hardadır? Hər beyti səslənər: “Burda, burdadır.” Hökmdarları ayağına gətirən dahiyə adını daşıdığı rayonunda ayrılmış məkan utandırıcıdır. Daş-divarı, torpağı spirt, şərab  qoxuyan müəssisənin içərisindəki bu abidə  istedadlı heykəlqayıranımız Ömər Eldarovun öz boyuna biçib tikdiyi Xətai, Dədə Qorqud, Koroglu...abidələri ilə müqayisədə insafən, daha yaxşı görsənir.Nə layiqli ölülərimizə, nə ləyaqətli dirilərimizə gərəyincə dəyər verməyi bacarmadıq bu vətəndə. Barı Nizami ilində heykəlinə bir babat bağ-bağatlı yer tapıb aparalar, bu məhbəsdən qurtulub azadlığa çıxaydı Dühamız. Hacı NƏRİMANOĞLU

12 aprel - Kosmonavtika Günüdür. Kərim Kərimov - Kosmos fatehlərinin azərbaycanlı sərkərdəsi

11 Aprel 2021

 14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya Prezidenti Vladimir Putin daxil olur, hamını səmimiyyətlə salamlayır, xüsusilə də səbəbkarı. K.Kərimovdan izin alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz!”

Read more …

Hacı Nərimanoğludan Qaçaq Nəbi haqqında sərsəm uydurmaya cavab

13 Mart 2021

     12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”

Read more …
  1. Anadolu və Qafqazda türklərə qarşı erməni terrorunun tarixi
  2. Nuru paşa
  3. Əli Vəliyev: ustad yazıçı, sadə insan
  4. Məktəb illərim, müəllimlərim
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
Page 43 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR