Türklərə qarşı ermənilərin apardığı soyqırımı iki əsrə yaxındır davam edir.
Türklərə qarşı kin-küdurət, nifrətlə yoğrulmuş erməni xislətindən doğan genişmiqyaslı milli hərəkat ilk dəfə 1780-cı ildə Türkiyədə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Hərəkatın liderləri Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmasının zərüri olduğunu elan etmişdilər. Erməni milli hərəkatı sonralar təşkilatlanaraq fəaliyyətlərini daha da genişləndirmişlər.
Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, www.turkcebilgi.com, www.turania.org, www.kelebekforum.com, www.genel-bilgiler.com, az.wikiwix.com, www.mix.az, azersayt.com, az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, data.lullar.com və sair portallarda bu rəqəm 1889- cu il göstərilir. Bakının Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad Süleymanov yazır: “…Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.” (R.S-“Bakı xilaskarı” Nuru Killigil Paşa”, blog.azpress.az). Digər bir tədqiqatçı alim Asif Rüstəmli yazır: “1918-ci il noyabrın 10-u idi…Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər.
Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə
Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.
“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” (Atatürk). Ruhumuzda, ağlımızda ata-anamızın və müəllimlərimizin zərrələri var.
Olmuş əhvalat, 4 şəkilli tragikomediya
mən
Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, məscidin qabağına xeyli adam yığılıb. Şəhərin rəhbərləri, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə idarələri, başqa aktivlər daxildir. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdənin - azərbaycanlı olan bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur,”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərdən irəli buraxırlar, lazım də ardınca girirlər məscidə.

