Bura mənim dünyaya göz açdığım, ayaq açıb ilk yeridiyim, Vətən sevgimin beşiyi Saray kəndimdir. Bərgüşad çayının həm coşqun qıjnavlı, həm sakit ləm axarlı, Zəngəzur dağ, meşələrinin min dərdin dərmanı olan bulaqlarının bir ana ağuşunda qovuşduğu sularının şirin-şirin zümzüməsi ilə, heç yerdə olmayan növbənöv balıqlarının çıxardığı səslərin mışıltısı altında keçirdiyimiz günlərin şirin, nisgilli, indi bəzi məqamları ilə hər zamankından daha kədərli xatirələri ilə bərabərik. Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanımızın, Türkiyə və Azərbaycan prezidentlərinin siyasi iradəsi, birlik, bərabərliyi o torpaqlara qoşuşmağımıza nədən oldu. Gördüyümüz mənzərə isə tük ürpədən, ürək yıxandır-"döz bu dərdə dözənəcən, bu dərd səni üzənəcən".
Heç nə unudulmamalıdır; Qubadlı rayonunun Eyvazlı kəndini 24 noyabr 1988-ci ildə ermənilər yağmalayıb yandırıb.
Müraciətdə deyilir: “Əziz, möhtərəm prezidentlərimiz!
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyi Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən Qərarın təsdiq olunmasını cani-könüldən alqışlayır, bu mübarək hadisə münasibətilə sevinən hər kəsi təbrik edirik. Bu qərar qardaş xalqlarımızın yekdil arzu və istəyinin ifadəsi, Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi iradəsi, qətiyyətinin təntənəsidir.
Müraciətdə deyilir: “Əziz xalqımız, müzəffər Ordumuz, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! 27 sentyabrdan başlanan Vətən müharibəsi böyük Zəfərlə - Ermənistanın hərbi məğlubiyyəti ilə başa çatdı. Bütün müharibələrin sonu sülhlə, danışıqlar və masa arxasında imzalanan sənədlərlə sona yetir. Azərbaycan 44 günlük bu savaşdan şərəflə, alnıaçıq, üzüağ çıxdı. Ermənistan miskin, ağır məğlubiyyətini rəsmən etiraf etdi, işğal olunmuş digər bütün rayonlardan çəkiləcəyini bəyan etdi. Hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər qısa bir müddətdə qan tökülmədən qaytarılacaq. Bu da döyüşlərlə qazanılmış qələbə qədər əhəmiyyətlidir. 28 ildir ki, dogma yurd-yuvalarına həsrət qalan on minlərlə məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması üçün yollar açılır, nəhəng quruculuq, abadlıq işlərinin aparılması üçün imkanlar yaradılır.



