Tuesday, 16 December 2025 16:48
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol

10 May 2020

 29 №-li tam orta məktəb

10 may Azərbaycanın ilk Hərbi naziri Xosrov bəy Sultanovun doğum günüdür

Tarix təkrar olundu; 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Hərbi naziri Xosrov bəy Sultanova qarşı aparılan hərəkətlər 1990-91-ci illərdə Azərbaycan Respublikasının ilk müdafiə naziri general-leytenant Valeh Bərşadlı və ilk daxili işlər naziri Məhəmməd Əsədovla bağlı da eynilə təkrar edildi. Onların hər üçünə o torpaqlar Vətən idi, canı, qanı ilə o yerlərə bağlı idilər, erməni xislətinə, iddialarına yaxşı bələd idilər, əsilli-köklü nəslin nümayəndələri, xalqın inandığı, etibar etdiyi böyük nüfuz sahibi idilər, ona görə də Qarabağda erməni məsələsinin birdəfəlik, qətiyyətli həlli yolunu tutmuşdular, barışmaz mövqedə durmuşdular, bunun üçün Dövlətin də siyasi iradə, hərbi güc göstərməyini tələb edirdilər. Və Qarabağda ən kritik, son zəfər günlərinin yaxınlaşdığı, ermənilərin birdəfəlik köçüb getmələrinə yardımçı olmaq üçün yalvardıqları günlərdə vəzifələrindən azad edildilər; Xosrov bəy Əkinçilik naziri, Valeh Bərşadlı C.Naxçıvanski liseyinə rəis, M.Əsədov müşavir vəzifəsinə göndərildi.Nəticə göz qabağında....

Read more …

Zəngəzurun 100 il əvvəlki qanlı yanvar günləri

23 Yanvar 2020

100 il əvvəl – 1920-ci il yanvarın son günlərində Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qubadlı nahiyəsində tariximizin qanlı faciələri yaşanırdı.

Təpədən dırnağadək silahlanmış nizami erməni quldur dəstələrinin qarşısında əliyalın, silahsız, köməksiz, arxasız, yalqız qalmış insanların dəhşətli fəryad səsləri, acı göz yaşları, nifrət və qəzəbli nidaları arxiv sənədlərinə hopub içimizi göynədir, bir əsr əvvəlin ağrı-acısı eşidilir bu sarı vərəqlərdən.

Read more …

Atatürkün ömür yolu

31 Avqust 2019

Türk millətinin istiqlalının simvolu olan Qazi Mustafa Kamal Paşa Atatürk 19 may 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır.
Read more …

Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib

09 İyun 2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabı nəşr edilib və zengezur.com saytında yerləşdirilib: http://zengezur.com/KITABLAR/Zengezur-kitab-1.pdf
 “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarından, müəllifin indiyədək Zəngəzurun tarixinə dair kitablarında, dissertasiya işində, elmi-publisistik məqalələrində istinad etdiyi mənbələrdən, araşdırmalarından  istifadə olunmaqla bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.

Read more …

Xalq qəhrəmanı Qaçaq Nəbinin mübarizəsi tarixdə, elmi ədəbiyyatda və folklorda

04 May 2019

Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri

Azərbaycan xalqının qəhrəmanlıq və milli azadlıq hərəkatı tarixində Qaçaq Nəbinin adı, mübarizəsi şərəfli yer tutur. Nəbi Alı oğlunun XIX əsrin 70-90-cı illərində Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) yerli zülmkar mülkədarlara qarşı müqaviməti, az keçmədən yadellilərə - müqəddəs Vətən topaqlarımızı qanla suvarıb işğal edən çar Rusiyasına və onun müstəmləkəçi, şovinist idarə üsuluna, imperiyanın yerli hökumət orqanlarına, “sapı özümüzdən olan baltalara” qarşı çevrildi. 20 il davam edən bu mübarizə Zəngəzur, Qarabağ, Naxçıvan, Dərələyəz, Vedi mahalları ilə yanaşı, Qacarlar İranı, Osmanlı dövlətinin bir sıra vilayətlərini də əhatə edirdi.

Read more …
  1. Zəngəzurda ermənilərə verilən tarixi dərslər
  2. Xalqın sevdiyi, seçdiyi Lider-fevralın 26-da Rəcəb Tayyib Ərdoğanın 65 yaşı tamam olur
  3. "Zəngəzur" "əla" qiymət alıb
  4. Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyası nəşr edilib
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
Page 51 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR