Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da tariximizdə adları qalan insanlardandır.
Elvira Araslının «İnsan və onun vaxtı (atam haqqında xatirələr)» kitabı Məktəblər Elmlər Akademiyasının ilk işləri, dərslərin Baş Geologiya müdiri-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanova (22.12.1900-16.10.1962) həsr olunub. Əli Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə doğulmuşdu. Anası onu dünyaya gətirəndə həyatdan köçmüşdü. 11 yaşı olanda atası tatar polkunun vəziyyəti Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə olmuş, döyüşdə igidliyinə görə Rusiya çarının yüksək döyüş ordenləri almışdı. Ər kişi qeyrətli nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar qoynunda böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vurur.
Azərbaycan Demokrat Partiyasının sədri sərdar cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 ildən çox ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında əsassız şər-böhtan, iftiralar yağdırıb http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013).
XIX əsrin axırlarında çar hakimiyyəti birdən-birə hiss etdi ki, milli ucqarlarda rusca yazı-pozu bacaran, rus dilini bilən və yerli əhali arasından seçilmiş məmurlar olmadığından hakimiyyəti idarə etmək çətinləşir.
Digər tərəfdən, əsrlərlə İranın ilhaqı altında yaşamış xalqda bu ölkənin təsirini azaltmağın və müsəlman əhalinin Rusiyaya meylliyini artırmağın yeganə yolu həm onun öz dilində məktəblərin açılması, həm də həmin millətin öz milli teatrının, mətbuatının fəaliyyət göstərməsidir. Ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblərin açılmasına şərait yaradıldı. Azərbaycanda dövlət hesabına bir neçə kənd məktəbi açmağa qərar verildi.
“Bütöv Azərbaycan” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri Birliyinin həyata keçirdiyi layihə çərçivəsində nəşr edilən "Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular" kitabının jurnalistlər üçün təqdimatı olub. Tədbiri giriş sözü ilə açan qəzetin təsisçi və baş redaktoru Tamxil Ziyəddinoğlu deyib ki, bu kitabda gedən yazılar son 3 ayda qəzetimizin səhifələrində ardıcıl çap edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb.