ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 643

"Türküstan"nın ardınca "Azərbaycan türkləri"...

Empty
  • Print
  • Email

Türkiyə Milli Təhsil Nazirliyinin dərsliklərdə “Mərkəzi Asiya” ifadəsinin “Türküstan”la əvəz olunması barədə qərarı türklərin tarixi məskənlərindən biri olan bu coğrafiyada türk milli kimliyinin, milli özünüdərk və vətənpərvərlik hisslərinin gücləndirilməsinə, Türk Dövlətləri Təşkilatının əsas məramının gerçəkləşməsinə yeni stimul verəcəkdir.

Arzu edilən, gözləniləndir ki, Türkiyənin Milli Təhsil Nazirliyi Azərbaycanlılar üçün də sovet - KQB rejiminin məkrli niyyətlərlə yapışdırdığı "azəri", "azərbaycanlı" yarlığı əvəzinə "Azərbaycan türkləri" ifadəsinin işlənməsi barədə müvafiq qərar versin, tarixi ədalət və həqiqətin bərpası naminə belə bir addım atsın.

Bu, yüz ildən artıqdır milli düşüncəli türk aydınlarının mübarizə apardığı idealın reallaşmasına - dünya, TDT, Anadolu, Qafqaz, Güney Azərbaycan türklərinin də birliyinin təkcə sözdə deyil, fikirdə, dildə, əməldə birliyinin güclənməsinə çox əhəmiyyətli, mühüm töhfə olardı.

Hacı Nərimanoğlu, tarix üzrə fəlsəfə doktoru

XƏBƏRLƏR
Hits: 667

Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib

Empty
  • Print
  • Email

2024-cü ilin 3 oktyabrında paytaxt Ankarada Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “Türk əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri” adlı panel keçirilib.

zengezur.com https://www.trt.net.tr/azerbaycan/video/turkiye-3/turk-m-kdasliginin-hazirki-v-ziyy-ti-v-g-l-c-k-perspektivl-ri-video  istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatının yaradılması üzrə Naxçıvan Sazişinin 15-ci ildönümü və 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə keçirilən sessiyada Türk dövlətləri arasında əməkdaşlığın əldə olunmuş nailiyyətləri və gələcək perspektivləri müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömireliyev Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında əldə edilən irəliləyişlərdən danışdı, Türklərin rifahı və birliyi naminə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı.

Baş katibin çıxışından sonra Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amireyev qardaş ölkələr arasında iqtisadi inteqrasiya, birgə layihələr üçün alternativ resursların yaradılması, xarici investisiyaların cəlb edilməsi kimi məsələlərə toxundu.

Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev daha inteqrasiya olunmuş Türk dünyası üçün həyata keçirilən elmi və mədəni layihələrdən bəhs etdi.

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er qardaş Türk dövlətlərini birləşdirən əlaqələrin hər sahədə olduğu kimi parlamentlər arasında da güclü səviyyəyə çatdığını bildirdi.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Rayimkulova dedi ki, türk dövlətlərinin bir təşkilat olaraq birləşməsi qardaşlıq bağlarını gücləndirən əsas kimi ortaq kimliyin qorunub saxlanılmasına imkan verir. “Bizim mənəvi irsimiz sərvətimizdir. Bu, həm də şəxsiyyətimizin mahiyyəti, bizə yol göstərən nurdur”.

TÜRKSOY Baş katibinin müavini Sait Yusuf “Türk Dünyasının əslində “bir dünya” demək olduğunu, ümumtürk mədəniyyətinin və tarixinin hər yerdə təsirli iz qoyduğunu vurğuladı.

Etiketlәr: Türk Mədəniyyəti və İrsi Fondu prezidenti , 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü , Türk Dövlətləri Təşkilatı 15 yaş , Naxçıvan Sazişi 15 illiyi Ankara , Türk İnvestisiya Fondu prezidenti Bağdat Amireyev , TDT baş katibi Kubanıçbek Ömireliyev , Türk Akademiyası prezidenti , professor Şahin Mustafayev , TÜRKPA Baş katibi Mehmet Süreyya Er , professor Aktotı Rayimkulova , TÜRKSOY Baş katibi müavini Sait Yusuf

XƏBƏRLƏR
Hits: 643

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Empty
  • Print
  • Email

zengezur.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.

“Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”, - V.Putin bildirib.

 

XƏBƏRLƏR
Hits: 949

General-leytenant Mayis Bərxudarov - peşəkar komandir, cəsur döyüşçü

Empty
  • Print
  • Email

Mayis Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.

Read more ...

XƏBƏRLƏR
Hits: 976

Rusiyanın təcavüzü və 953 gündəki itkiləri

Empty
  • Print
  • Email

Ukrayna Baş Qərargahı müharibənin 953-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Məlumata əsasən, Rusiya indiyə qədər 656 710 hərbçi, 8 893 ədəd tank, 17 596 ədəd zirehli döyüş maşını, 18 906 ədəd artilleriya sistemi, 1 204 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 964 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 750 ədəd avtomobil texnikası, 16 393 ədəd PUA, 2 613 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 330 xüsusi avadanlıq itirib.

 

XƏBƏRLƏR
Hits: 666

Paşinyanın Zəngəzur zəmanəti

Empty
  • Print
  • Email

Ermənistan hökuməti ölkə ərazisindən insanların, nəqliyyat vasitələrinin və malların sərbəst, təhlükəsiz hərəkətinə tam zəmanət verir.

zengezur.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

O, İrəvanın üçüncü qüvvələrin dəhlizə nəzarətinə icazə verməyə razı olmadığını bildirib:

“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir. Ermənistan ərazisindən təhlükəsiz daşınmaya özü zəmanət verir”.

  1. ABŞ-da Ərdoğan-Paşinyan görüşü
  2. Şəhidlərimizə əbədi sevgilərlə
  3. Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub
  4. Prezidentin sərhəd tapşırığı: Zəngəzurda nələr ola bilər?
  5. Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi
  6. Qarabağ və Şərqi Zəngəzura 2025-də 4 milyard xərclənəcək
  7. Zəngəzur İranla Rusiyanı üz-üzə qoydu - Türk mediası
  8. 15 sentyabr - Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü
  9. Tofiq Mehdiyev - Zəngəzur elimizin və Birliyimizin müdrik ağsaqqalı
  10. Ortaq Türk Əlifbası qəbul edildi

Page 30 of 88

  • Start
  • Prev
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert