“Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı… Rusiyanın tapşırıqlarını yerinə yetiriblər”, “Xürrəmilər “qeydir”, “Babəkin arvadı erməni olub”, “Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik”, “Vaqifi Qarabağ xanının qardaşı, arvadının üstündə öldürdü”, “Sərdar Cəlaloğlu Babəki və Koroğlunu düşmən, Füzulini kafir çıxartdı”, “Babəklə Koroğlu Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar", “Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıblar", “Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni” — ŞOK açıqlama”, “Qaçaq Nəbi keçi oğrusudur”, “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib, 2-si də erməni” və sair[1]. Bunlar sərdar cəlaloğlunun illərdir KİV-ə dedikləridir. Bu "hərşeyşünas"ın hədəfi bütünlüklə Azərbaycan xalqıdır, onun mənəvi dəyərləridir, əsrlərdir inandığı, sevdiyi, mahnı, dastan qoşduğu, film çəkdiyi, roman, povest, hekayələr həsr elədiyi tarixi şəxsiyyətləridir.
170 illiyi bu il tamam olan xalq qəhrəmanı Qaçaq Nəbinin adı bir əsrdən çoxdur ki, Quzey və Güney Azərbaycanda, Anadolu ellərində sevgi ilə anılır. Yazılı və şifahi ədəbiyyatımızda şəninə ən çox xalq mahnısı, qoşma, dastan, roman, povest, pyes, hekayə, poema, şeir, bədii film həsr edilən qəhrəmanımız Qaçaq Nəbidir.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yenicə çapdan çıxan "Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə" monoqrafiyasında həm də bunun gerçək səbəbləri də aydın görünür.
"Nizami ili” ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan mütəfəkkir şairin ədəbi irsində ən gec və ən az öyrənilən sahələrdən biri olan ezoterizmin dərindən araşdırılmasına böyük ehtiyac duyulur. Əvvəlcə ezoterizmin təbiəti haqqında məlumatları yada salaq.
21 fevral - Beynəlxalq Ana Dili Günüdür. Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir.