ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Baxış sayı: 609

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial var

Empty
  • Çap
  • E-mail

Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial var. Hazırda 175 ailədən ibarət 871 sakin Zəngilan rayonunun Ağalı kəndində yaşayır.

zengezur.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda keçirilən tədbirdə deyib.

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda bölgədə yerli və xarici şirkətlərin yatırımları ilə layihələr həyata keçirilir”, - deyə o əlavə edib.

XƏBƏRLƏR
Baxış sayı: 1001

“Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub

Empty
  • Çap
  • E-mail

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.

Ardını oxu...

XƏBƏRLƏR
Baxış sayı: 638

Vahid Hacıyev: bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur

Empty
  • Çap
  • E-mail

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev 200-dək QHT təmsilçisinin iştirakı ilə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iyunun 24-də Zəngilan Konqres Mərkəzində işə başlayan açılışında qonaqları salamlayaraq Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, azad edilmiş ərazilərdə QHT-lərin forumunun ilk dəfə Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.

zengezur.com xəbər verir ki, Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib: “2022-2026-cı illəri əhatə edən dövlət proqramına əsasən, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük yaşayış kompleksi tikilir. İki aydan sonra kompleksin bir hissəsi təhvil veriləcək. Həmin kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Bu il 712 ailənin köçürülməsi planlaşdırılır".

XƏBƏRLƏR
Baxış sayı: 1163

Bir daha Zəngəzur toponimi haqqında

Empty
  • Çap
  • E-mail

Bu yazı modern.az saytında 15 avqustda yayılan "Zəngəzuru tanıyaq və tanıdaq" və 25 iyun 2024-cü ildə yayılan “Zəngilan” sözü necə yaranıb?” adlı məqalələrlə bağlıdır.

Ardını oxu...

XƏBƏRLƏR
Baxış sayı: 909

QHT Agentliyi Zəngilan-Qubadlı-Laçında unudulmaz tədbirlər keçirib   

Empty
  • Çap
  • E-mail

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.

Forum iştirakçıları Qubadlıdakı sərhəd qoşunlarının hərbi hissəsində Silahlı Qüvvələr Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirib, Laçın şəhərini gəzib, Zəngilan məscidini ziyarət ediblər. QHT mənsubları Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının müşayiəti ilə Şərqi Zəngəzur ellərində dövlətimizin quruculuq və böyük qayıdış proqramlarının icrası çərçivəsində aparılan genişmiqyaslı işlərlə əyani tanış olublar.

zengezur.com xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun sonunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul edilib.

Maraqlı müzakirələr, unudulmaz görüşlərlə yadda qalan tədbirin sonunda bədii hissə təqdim olunub.

XƏBƏRLƏR
Baxış sayı: 1028

Zəngilanda ilk dəfə QHT forumu keçiriləcək

Empty
  • Çap
  • E-mail
İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq. 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək. Forum 2 gün davam edəcək.
  1. Cəlal Bərgüşad - 100
  2. Eldar Baxış - hər zaman yeri görünən şair
  3. Zaur Cəfərov ölkəmizin idman şərəfini bu dəfə də layiqincə qoruyub
  4. "Zəngəzur sənətkarlığı" layihəsi davam edir
  5. Paşinyanın Şurnuxu kəndində ermənilərə ev paylaması və ...
  6. ABŞ: Zəngəzur dəhlizini açın – bu fürsət bir də olmayacaq!
  7. Vasif Qafarovun kitabının təqdimatı olub
  8. Bu kitab Şər­qi Zən­gə­zurun Zəfər, Dirçəliş və Bö­yük Qayıdış salnaməsidir
  9. Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi...
  10. Rus sərhədçilər Zəngəzurdan çıxdı

32 -dən səhifə 82

  • Başa
  • Geri
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert