Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.
AZƏRTAC xəbər verir ki, “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.
Hekayəçilik ədəbiyyatın ən doğma işidir. Ədəbi janrların müxtəlifliyinə rəğmən ən çox müracət olunan bədii yazı növü kimi hekayənin nüfuz dairəsi genişdir. Bədii mətnlə həyatın sosial problemlərini, fərdi ruhsal qayğılarını gündəmə gətirmək üçün ən yaxşı üsul hekayə yazmaqdır. Bir hekayə ilə də böyük ədəbiyyat cəbhəsində yer tutmağın tarixi-fəlsəfi örnəkləri vardır. Bu baxımdan, hekayə ilə yaradıcılığa başlamaq, ya hekayə ilə davam etmək bədii sənət tarixində çox qələm adamının taleyini müəyyən edibdir. Bir qədər obrazlı ifadə etsək, hekayəni yazıçının taleyində alınmaz qalaya bənzətmək olar. Elə bir məqam ki, orada zaman adlı “zalımın” hücumlarından özünü qoruya bilsin.

