ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 825

26 Avqust – Laçın Şəhəri Günüdür

Empty
  • Print
  • Email

Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.

zengezur.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") məlumat yayıb.

Bildirilib ki, ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.

Həmçinin qeyd edilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən isə məlumat verilib ki, indiyədək Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib:

"Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. Agentlik tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O, cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır. Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.

XƏBƏRLƏR
Hits: 669

Professor Nəsiman Yaqublunun vəfatına

Empty
  • Print
  • Email

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti irsinin fədakar tədqiqatçısı, BDU-nun müəllimi,  “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, professor Nəsiman Yaqublunun 62 yaşında faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, tələbələrinə, oxucularına, Birliyimizin üzvlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR
Hits: 797

“Zəngəzur dəhlizi ilə bağlı iki fərqli plan var” - Baqdasaryan

Empty
  • Print
  • Email

Rusiya Prezidenti Vladimir Putinin Bakıda verdiyi sülh və sərhəd məsələlərinin həllində Moskvanın mümkün iştirakı ilə bağlı açıqlaması prosesə təsir etməyəcək.

Read more ...

XƏBƏRLƏR
Hits: 1074

Rəşad Məcid - 60. Təbrik edirik!

Empty
  • Print
  • Email

Tanınmış şair, istedadlı yazıçı, peşəkar jurnalist və bacarıqlı media təşkilatçısı Rəşad Məcidin 60 yaşı olur. O, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi fəal ictimai, mədəni iş aparır. Ölkəmizdə və xaricdə 20-dən çox kitabı nəşr olunub.
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşad Məcid xarakterində, yaradıcılığında və insanlarla ünsiyyətində səmimiyyəti ilə seçilir. O, bu cəhətləri ilə də cəmiyyətdə özünə sevgi, hörmət qazanan üzdə olan azsaylı tanınmışlardan biridir.
Rəşad Məcidi 60 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.

“Zəngəzur” İctimai Birliyinin İdarə Heyəti, zengezur.com saytı

 

XƏBƏRLƏR
Hits: 741

Şərqi Zəngəzurun unudulan zinət əşyaları

Empty
  • Print
  • Email

Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Milli geyimlərimiz həm də milli kimliyimizin ən ümdə göstəricisidir. Azərbaycanın bütün bölgələri kimi Şərqi Zəngəzurun da özünəməxsus geyimləri olub və geyim mədəniyyətimizin əsas tərkib hissələrindən biri sayılıb. Mütəxəssislərin sözlərinə görə, Şərqi Zəngəzur geyimlərini araşdırdıqları zaman onların həm Qarabağ, həm də Qərbi Azərbaycan milli geyimləri ilə bənzərliyi diqqətdən yayınmayıb. Bu da öz növbəsində ərazi yaxınlığı ilə birbaşa bağlıdır.

Şərqi Zəngəzurun milli geyimləri, zinət və bəzək əşyaları haqqında məlumat əldə etmək üçün filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) ilə həmsöhbət olduq.

Kult.az Publika.az-a istinadən onunla söhbəti təqdim edir.

Şərqi Zəngəzurun milli geyim mədəniyyətindən danışarkən gəlin geyimləri, gəlinə oğlan evi tərəfindən alınan zinət əşyaları haqqında çox az məlumatlara rast gəlinir. Söhbətimizə də elə qızlara, gəlinlərə alınan zinət əşyalarından danışmaqla başlayırıq.

Heydəri, Qarabatdax, Sinəbənd

Ləman Vaqifqızı deyir ki, o dövrün əksər sırğalarının qaşı zümrüddən olub: "Dördyarpaq sırğalar qatar-qatar sallanırdı. Üçətəklilərə Heydəri sırğa deyirdilər. Üçətəkli sırğa özü yumru olub, ondan üç dənə yarpaq formasında salxım sallanır. Yarpaq sırğa və yarpaq üzüklərin üstündə yarpağa bənzər silsilə kimi sallama olurdu.

Şərqi Zəngəzurda boyunbağıya Qarabatdax deyirdilər. Qarabatdax boğaza yapışıb dayanardı. O, çəçikdir, üstündə heç nəyi yoxdur. Qara muncuq düzülür, ortasına da qızıl parçalar salınardı. Çəçik ay-ulduz formasında olan, hər biri iki qramdan artıq qızıldır. Bir çəçik düzümündə on iki dənə bundan olurdu. Bunlar qızılın üstündə dayanırdı. Çəçiyi çərçilər gətirib satarmışlar. Onlar əşyaları ancaq pulla satmır, həm də arpa, buğda, düyü və başqa şeylərlə dəyişirdilər.

Silsilə bütün yaxanı tuturdu. O, arxadan düymə ilə bağlanırdı. Düymələr qızıl olmurdu. Silsilənin qızıldan sallama gülləri olardı. Ay-ulduz, üstündə firuzə qaş, altında bir dənə yarpaq taxılırdı. Üzüyün qaşında olan yarpaq sallamaya bənzəyirdi. Xanımlar hərəkət etdikcə silsilə də yaxalarında silkələnirdi.

Sinəbənd isə silsilədən uzun olub, döş hissəyə qədər gəlirdi.

O vaxt kimin nəyə gücü çatırdı, onu da alırdı. Qarabatdax bir cərgə olur, o da muncuğun içinə düzülürdü. Silsilə və sinəbənddə isə muncuqdan istifadə edilmirdi. Xalis qızıldan hazırlandıqları üçün Qarabatdaxdan baha olurdu.

Bilərziklər qızıldan və gümüşdən hazırlanır, üstündə işləmələr olurdu. Bəzən üstünə zümrüd qaşlar da düzülürdü. Sonralar, yetmişinci illərdə gəlinlərə qızıl saat da alınmağa başlandı. Bəzi saatların qapağı var idi. Qızıl qapağın üstündə, üç-dörd yerdə firuzə qaşlar olurdu".

Güllü yaylıqlar, Şirvani çarıqlar

L. Vaqifqızının dediyinə görə, o dövrdə gəlinin pal-paltarı İrəvan bazarlarından alınıb.

"Gəlini təpədən-dırnağa kimi geyindirərdilər. Hər fəslə uyğun paltar alınardı. Qış üçün yun yaylıqlar, yay üçün isə güllü və pambıq yaylıqlar olurdu.

Yun jaketlər, jiletlər alardılar. Yetmişinci illərdə gəlinə alt paltarı kimi kombinasiya köynək alardılar. Bunlar indi dəbdə deyil. Əvvəllər isə gəlin üçün pambıq parçalardan can köynəyi tikərmişlər. Oğlan evi pambıq parça alıb verər, can köynəyini toy qabağı gəlin özü tikib hazırlayarmış. O dövrdə demək olar ki, bütün qızlar, gəlinlər tikməyi bacarardılar.

Toyda başmaq geyinməzmişlər, ancaq ayaqqabı alınarmış. O vaxtlar şirvani çarıqlar çox dəbdə idi. Bu çarıqların burnu arxaya doğru qatlanar, arxası açıq olar, üstü gözəl işləmələrlə işlənərdi. Qiyməti isə baha olardı".

Filoloq qeyd etdi ki, o vaxtlar qadınlar əllərində dəsmal “Şahsevən”i oynayardılar. Orta yaşlılar, qocalar, qadınlar yan-yana düzülərdi. Hamısının da əlində toxunma, qırağı həşyəli dəsmallar, yaylıqlar olardı. Yaşlı qadınlar sandıqlarında xüsusi qırağı toxunmalı dəsmallar saxlayardı. O vaxtlar Zərnigar nənə, Çimnaz nənə, Qumru dostu, Fatı xala – hamısı Şahsevəni oynayırdı. Hər biri başına güllü yaylıq bağlayar, ağızları yaşmaqlı olar, üzləri çox görünməzdi. Üst köynəyi geyinər, altdan da tumanları çıxardı. Ayaqlarında qara yun corab, qaloş olardı.

Kəlağayı və gülbəngi

Ləman Vaqifqızının apardığı araşdırmalardan da məlum olur ki, Qərbi Azərbaycan və Şərqi Zəngəzurda qadın baş geyimləri həddən artıq zəngin olub.

"O vaxt qadınlar kəlağayılardan daha çox istifadə edərdi. Kəlağayıya adətən gülbəngi deyirdilər.

Şərqi Zəngəzurda XIX əsrdə qadın geyimləri əsasən, tafta, mahud, mitqal, bez, bəyaz qanovuz, darayı, zərbafta, atlas, xara, məxmər, tirmə adlanan parçalardan tikilirdi. Qadın geyimləri içərisində çəpkənlər xüsusi yer tuturdu. Bunlar üst tumanla birlikdə kostyum kompleksi təşkil edirdi. Çəpkənlər sadə parçalardan olduğu kimi, qiymətli parçalardan da hazırlanıb".

Motal papaq, keçə yapıncı

Qərbi azərbaycanlıların kişi baş geyiminə gəlincə, müsahibim deyir ki, o vaxtlar motal və buxara papaqlar üstünlük təşkil edib: "Kişi geyimlərində mahuddan, keçədən hazırlanan paltarlar, yapıncılar əsas rol oynayıb".

Bir məqamı da vurğulayım ki, hər bir xalqı var edən onun dəyərləridir. Müasir dövrdə milli geyimlərimizdən uzaqlaşmağımız, xalq mədəniyyətimizin bir hissəsinin itirilməsi deməkdir. Ona görə də mümkün olduğu qədər xalq arasında gəzərək, bütün bölgələrimizi ziyarət edib o dövrün canlı şahidlərindən məlumatları vaxtında toplamaq lazımdır.

Bu yazı “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın milli geyimlərinin təbliği – “Ənənədən gələcəyə” adlı layihə çərçivəsində hazırlanıb.

https://axar.az/news/kult/889657.html

 

XƏBƏRLƏR
Hits: 1001

Şamaxıda QHT Proqramı uğurla başa çatıb

Empty
  • Print
  • Email
Avqustun 15-17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxıda keçirilən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb.
3 gün davam etmiş təlimlərdə layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparıb, 100-dək iştirakçıya sertifikatlar təqdim olunub.
zengezur.com saytına veriən məlumata görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 450-dən çox QHT iştirak edib.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.
Tədbirin bağlanış mərasimində çıxış edən QHT təmsilçiləri bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılması barədə 19 aprel 2021-ci il tarixli Prezident Sərəncamından sonra vətəndaş cəmiyyəti sektorunda ciddi keyfiyyət dəyişiklikləri olub, layihələrin icrası prosesinə yardım, nəzarət, tələbkarlıq, obyektivlik, qarşılıqlı ünsiyyət, məsuliyyət hissi yüksəlib, beynəlxalq əlaqələri genişlənib, nüfuzu artıb və bunlar ilk növbədə Agentlik kollektivinin sağlam enerjili gənc əməkdaşlarının peşəkarlığı, ölkəmizdə bu sektorun fəaliyyətinə rəhbərlik edən kadrların bacarığı sayəsində mümkün olub. 
  1. QHT Agentliyi Şamaxıda 3 günlük təlim keçirir
  2. Ermənistanın hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş sayılır
  3. Azərbaycanla Türkiyənin bir-birinə əbədilik vəfa borcu var
  4. Seyid Əli Xamenei: “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün zərərlidir və İran buna qarşıdır”.
  5. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsinin icrası bitib
  6. 22 iyun Milli Mətbuat Günüdür
  7. Qubadlı şəhərində yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start verilcək
  8. Bayram Mustafa Samuxun, Mingəçevirin layiqli övladı idi
  9. Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
  10. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsinə dair KİV-də 50-dək informasiya yayılıb

Page 34 of 88

  • Start
  • Prev
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert