ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 1162

QHT Agentliyi Şamaxıda 3 günlük təlim keçirir

Empty
  • Print
  • Email

Avqustun 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şamaxı şəhərində yerləşən Vergilər Nazirliyi Tədris Mərkəzində ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” mövzusunda 3 günlük təlimlərə başladı. Agentliyin icraçı direktoru Aygün xanım Əliyeva giriş nitqi ilə açılış etdi.

Qeyd edək ki, QHT Agentliyinin təşkilatçılığı ilə cari il iyun ayında Şərqi Zəngəzur bölgəsində  2 gün ərzində 200-ə yaxın ictimai təşkilat təmsilçilərinin iştirakı ilə reallaşan “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” yaddaqalan silsilə tədbirlərin, müzakirələrin ictimai əhəmiyyəti, mütəşəkkilliyi, vətəndaş cəmiyyətinin inkişafına verdiyi davamlı, dəyərli töhfələri ilə yadda qalmışdır. 

XƏBƏRLƏR
Hits: 801

Ermənistanın hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş sayılır

Empty
  • Print
  • Email

Avqustun 1-nə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
zengezur.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasın yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 3953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir:
“Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir”.

XƏBƏRLƏR
Hits: 1613

Azərbaycanla Türkiyənin bir-birinə əbədilik vəfa borcu var

Empty
  • Print
  • Email

Unutmayaq, Azərbaycanla Türkiyənin bir-birinə əbədilik vəfa borcu var!

Read more ...

XƏBƏRLƏR
Hits: 792

Seyid Əli Xamenei: “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün zərərlidir və İran buna qarşıdır”.

Empty
  • Print
  • Email

zengezur.com Globalinfo.az saytına istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib.

Xamenei üstüörtülü şəkildə Ermənistanın son vaxtlar ABŞ və Fransanı regiona gətirməsi ilə bağlı narahatlığını ifadə edib:

“Region ölkələri təhlükəsizliyin təminatı üçün özlərinə və qonşularına güvənməlidir. Uzaqdan gəlib burada bəzilərinin işinə qarışılması sonra onların özlərinə ziyan vurur. Biz Ermənistanla əlaqələrimizin inkişaf edəcəyinə inanırıq. İki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq möhkəmlənib”.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin dövlət başçılarından fərqli olaraq Baş nazir Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda səfərdədir.

XƏBƏRLƏR
Hits: 782

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsinin icrası bitib

Empty
  • Print
  • Email

 

Respublikamızın ilk qeyri-hökumət təşkilatlarından olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi may-iyul aylarında “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində genişmiqyaslı maarifləndirmə, informasiya tədbirləri həyata keçirib.

QHT Bakı, Lənkəran, Astara və Sabirabaddan olan, 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni işğalçılarına qarşı döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərimizin valideynləri və qazilərin həmin torpaqlara səfərlərini təşkil edib. Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının Qubadlıda şəhid olduqları məkanı onların səngər yoldaşları, son döyüşlərinin şahidləri - baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun, bir qrup alim və yazarın iştirakı ilə ziyarət ediblər, onların qulluq etdiyi hərbi hissənin şəxsi heyəti ilə görüşüblər. Şərqi Zəngəzurda aparılan genişmiqyaslı dirçəliş, quruculuq, qayıdış, məskunlaşma işləri ilə tanış olublar.

Bu günlərdə birliyin sədri, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabı nəşr olunub. “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər əks olunub. Nəşrin elektron variantı Birliyin saytında yerləşdirilib-https://zengezur.com/KITABLAR/son-zengezur.pdf

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabın təqdimatı olub. Kitabın daha geniş auditoriyaya çatdırılması üçün çox sayda nüsxələri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT- lərinin Əməkdaşlıq Forumunun iştirakçılarına, QHT və KİV mənsublarına, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, Qərbi Azərbaycan İcmasına, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin kitabxanalarına, M.F.Axundzadə adına Milli Kitabxanaya təqdim olunub.

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən "Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri" mövzusunda tədbirdə “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub, müəllif tərəfindən kitabın nüsxələri İnstitutun kitabxanasına və MN-nin İdeoloji və Mədəniyyət Mərkəzinə hədiyyə edilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində layihənin fəaliyyət planına uyğun olaraq “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunmuş “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda dəyirmi masa keçirilib. Layihə rəhbəri Hacı Nərimanoğlunun videotəqdimatında Vətən müharibəsində qələbənin ilk günlərindən başlayaraq Şərqi Zəngəzur ellərində həyata keçirilən irimiqyaslı bərpa, quruculuq, məskunlaşdırma işləri əks olunub, sözügedən kitab elektron tabloda təqdim edilib, iştirakçıların sualları cavablandırılıb. İştirakçılara “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının nüsxələri təqdim olunub. Tədbirdən sonra Vətən müharibəsində canlarını fəda etmiş lənkəranlı şəhidlərin məzarları, xatirə abidələri, muzeyləri ziyarət olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə may-iyul aylarında həyata keçirilən, icrası başa çatdırılan layihə ilə bağlı respublika mediasında, sosial şəbəkələrdə 50-dən çox informasiya yayılıb.

Layihə haqqında KİV-də 50-dən çox xəbər yayılıb.

XƏBƏRLƏR
Hits: 1019

22 iyun Milli Mətbuat Günüdür

Empty
  • Print
  • Email
Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin və həmfikirlərinin ruhunu sevgi, sayğılarla yad edirik. Zərdabinin dəfnində Əhməd bəy Ağaoğlunun çıxışından: "Ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut de ki, bizə bu nə məmləkətdir qoyub getdiniz?
 
 
 
 
 
  1. Qubadlı şəhərində yaşayış kompleksinin tikintisinə bu ilin sonlarında start verilcək
  2. Bayram Mustafa Samuxun, Mingəçevirin layiqli övladı idi
  3. Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
  4. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsinə dair KİV-də 50-dək informasiya yayılıb
  5. Natiq Qasımovun ömür və döyüş yolu
  6. R.T.Ərdoğan: Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik....
  7. 32 ildən sonra Laçının Zabux kəndində ilk uşaq bağçası açılıb
  8. “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” - beynəlxalq elmi konfrans
  9. Beynəlxalq təşkilatın qərəzli qətnaməsini hiddətlə qınayırıq
  10. “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda elmi seminar keçirilib

Page 35 of 88

  • Start
  • Prev
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert