








![]()


Çox hörmətli Mehriban xanım!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf 4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.html. https://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.


Şeyx Nizami Gəncəvinin bu heykəli "Bakı Şərab-1" ATSC-nin həyətindədir-Bakı, Nizami rayonu, Heydər Əliyev 156. “Min il sonra sorsan, bəs o hardadır? Hər beyti səslənər: “Burda, burdadır.” Hökmdarları ayağına gətirən dahiyə adını daşıdığı rayonunda ayrılmış məkan utandırıcıdır. Daş-divarı, torpağı spirt, şərab qoxuyan müəssisənin içərisindəki bu abidə istedadlı heykəlqayıranımız Ömər Eldarovun öz boyuna biçib tikdiyi Xətai, Dədə Qorqud, Koroglu...abidələri ilə müqayisədə insafən, daha yaxşı görsənir.Nə layiqli ölülərimizə, nə ləyaqətli dirilərimizə gərəyincə dəyər verməyi bacarmadıq bu vətəndə. Barı Nizami ilində heykəlinə bir babat bağ-bağatlı yer tapıb aparalar, bu məhbəsdən qurtulub azadlığa çıxaydı Dühamız. Hacı NƏRİMANOĞLU





14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya Prezidenti Vladimir Putin daxil olur, hamını səmimiyyətlə salamlayır, xüsusilə də səbəbkarı. K.Kərimovdan izin alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz!”
12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”