ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 717

32 ildən sonra Laçının Zabux kəndində ilk uşaq bağçası açılıb

Empty
  • Print
  • Email

Laçının Zabux kəndində 32 ildən sonra ilk uşaq bağçası istifadəyə verilib.

zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, gələcək burada çalışacaq kollektivin əlindədir. Əminliklə vurğulanıb ki, uşaq bağçasında çalışanlar hər bir körpənin tərbiyəsində, məktəbə uğurlu başlanğıc etməsində və məktəbdən sonrakı təhsil yolunda mükəmməl iz buraxacaq.

Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva çıxışında qeyd edib ki, bu müəssisəyə cəlb olunan uşaqlar Böyük Qayıdışın ilk göyərçinləridir: “Məktəbəqədər təhsilin inkişafı növbəti mərhələdə təhsilin özəyi deməkdir. Ordumuz öz işini görüb, bərpa-tikinti sahəsində də böyük işlər görülüb, indi isə əsil iş təhsil ordusunundur. O təhsil ordusu ki, burada Azərbaycanın gələcəyini, ölkəmizin bu gözəl, dilbər guşələrinə sahib olacaq sakinlər yetişdirəcək”.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov isə deyib ki, kənd uşaq bağçası 50 yerlikdir. “Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sus kənd tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli məktəb, həm də Cəbrayıl rayon tam orta məktəblərinin fəaliyyəti sentyabr ayından bərpa olunacaq. Ümumilikdə il sonuna qədər 12 təhsil müəssisəsinin fəaliyyəti təmin ediləcək”, - deyə o əlavə edib.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.

XƏBƏRLƏR
Hits: 717

“Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” - beynəlxalq elmi konfrans

Empty
  • Print
  • Email

“Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” - beynəlxalq elmi konfrans

Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 24-25-də professor Qüdrət İsmayılzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

zengezur.com AZƏRTAC-a istinadlaa bildirir ki, konfransın məqsədi Qarabağ və Zəngəzur bölgəsinin tarixin müxtəlif inkişaf mərhələlərində obyektiv mənzərəsini bərpa etməyə imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irsinin tədqiqi üzrə əldə olunmuş nəticələr ətrafında tanınmış mütəxəssislər, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə beynəlxalq müstəvidə müzakirələrin aparılması, elmi əməkdaşlığın genişləndirilməsidir.

Konfransda Qarabağ və Zəngəzurun Daş və Paleometal dövrlərinin arxeoloji irsi, həmin ərazidə skif mədəniyyətinin izləri, alban mədəni irsi, İslam mədəni irsi, Qarabağ və Zəngəzurun qeyri-maddi mədəni irsi, Azərbaycanın arxeoloji irsinin tədqiqi, tədrisi və təbliğində professor Qüdrət İsmayılzadənin töhfələri, mədəni irsin nəzəri məsələləri istiqamətlərində məruzələr dinləniləcək.

Hibrid formatda təşkil ediləcək konfrans Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək.

İştirakla bağlı məlumat və tezislər oktyabrın 1-dək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir.

Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tezislər göndərilməlidir. Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcək.

Beynəlxalq konfrans haqqında ətraflı məlumat, eləcə də tezislərin tərtib olunma qaydaları BDU-nun saytında yerləşdirilib.

Yalnız qəbul olunmuş tezislər dərc ediləcək.

Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” konfrans materialları toplusuna daxil ediləcək.

XƏBƏRLƏR
Hits: 721

Beynəlxalq təşkilatın qərəzli qətnaməsini hiddətlə qınayırıq

Empty
  • Print
  • Email

Ermənistan, Fransa və digər ermənipərəst dövlətlərin himayəsi ilə Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib. 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, keçmiş bədnam "dqmv" və ətraf rayonlarda soyqırımı, etnik təmizləmə, deportasiya siyasətini həyata keçirmiş, 30 ilədək Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizini işğal altında saxlamış  ermənistana qarşı nəinki qətnamə, heç bir irad da bildirməyən bir qurumun birdən birə belə bir qətnamə qəbul etməsi bu təşkilatın bəzi dövlətlərin sifarişinin icraçısı olduğunu, qərəzkarlığını, beynəlxalq hüququ, haqq-ədaləti heçdən saydığını göstərir.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Assambleyanın gerçəklikdən uzaq bu qətnaməsini qətiyyətlə pisləyir, iki qonşu dövlət arasında sülh müqaviləsinin imzalanmasına doğru real addımlar atıldığı bir dövrdə bu prosesə də zərbə vurduğunu bildirir. 

XƏBƏRLƏR
Hits: 712

“Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda elmi seminar keçirilib

Empty
  • Print
  • Email

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində iyulun 8-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman  Əliyev dövlət başçımızın imzaladığı bu sənədin mətnini iştirakçıların diqqətinə çatdıraraq tarixi Zəngəzur mahalının əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, böyük tarixi ədalətsizliklə İrəvan mahalı, Qərbi Azərbaycanın digər torpaqları kimi nankor qonşularımıza ərməğan edildiyini  tarixi faktlarla vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsininin tarixi-siyasi əhəmiyyətini qeyd edən natiq  bildirib ki, 44 günlük müharibədə qazanılan möhtəşəm zəfərdən sonra Şərqi Zəgəzur ellərinin da Ana Vətənə qovuşmas, bu torpaqların dirçəlişi, yenidən məskunlaşdırılması prosesinin də dövlət başçımızın başçılığı ilə uğurla davam edir və təqdim edilən təqdimat bu mövzuya həsr edilib.

Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist  Hacı Nərimanoğlu “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda video-təqdimatla çıxış edib. İşğaldan azad edilən yurd yerlərimizdə genişmiqyaslı dirçəliş, tikinti, abadlıq işlərinə başlandığını video görüntülərlə təqdim edən məruzəçi ölkə rəhbərimizin “Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir” sözlərini xatırladaraq deyib: “Bu gün hər bir azərbaycanlı fəxrlə görür ki, hərb meydanında qazanılan qələbənin ardınca başlayan Quruculuq və Böyük Qayıdışın da memarı Azərbaycan Prezidentidir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, şöbənin aparıcı məsləhətçisi Səyyad Babakişiyev, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşlarından  Samir Kərimov, Fəranə Mikayılova, Aqil Həsənov, Fuad Hüseynov və İsaq Məmmədov təqdimatla bağlı çıxış ediblər. Xüsusi qeyd edilib ki, Birliyin və Elmi Mərkəzin bir qrup üzvü AMEA-nın ilk şəhidi, REM-in əməkdaşı olmuş Mahsun Bağırzadənin və Şərqi Zəngəzuda döyüşlərdə şəhid olan igid vətən övladlarının valideynləri və qazilərlə işğaldan azad edilmiş yurd yerlərimizə səfər edərək bu işlərin geniş miqyasının şahidi olmuşlar.

Elmi seminarın iştirakçılarına, REM və digər dövlət, qeyri-hökumət və media qurumlarına Hacı Nərimanoğlunun müəllifliyi ilə QHT-nin nəşr etdirdiyi “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən eyni adlı kitabın nüsxələri təqdim olunmuşdur.

 

XƏBƏRLƏR
Hits: 822

Prezident “Zəngilan”ın istismara verilməsi mərasimində

Empty
  • Print
  • Email

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Axar.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verdi.

Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilib.

Qırx dörd günlük Vətən müharibəsindən sonra Zəngilanda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev indi isə üçrəngli bayrağımız altında beynəlxalq sularda üzəcək “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirakının çox böyük rəmzi mənası var.

“Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. Bakı gəmiqayırma zavodunda ASCO üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə Prezident İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Sonra dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

Qeyd edək ki, ASCO yarandığı dövrdən bəri ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan biri yedək, üçü sərnişin, ikisi Ro-Pax tipli gəmi-bərə, dördü tanker olmaqla, ümumilikdə 10-u Bakı gəmiqayırma zavodunda inşa edilib. Həmçinin ASCO-nun Müşahidə Şurasının məqbul hesab etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı gəmiqayırma zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax tipli gəmi-bərə, üç tanker, 80 nəfərlik üç sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş dörd dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər verilib.

Ümumilikdə son illərdə donanmanın yenilənməsi və yeni gəmilərin tikintisi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasına, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarında gəmilərə olan tələbatın ödənilməsinə, Xəzərdə neft-qaz layihələrinin uğurla icrasına böyük töhfə verir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər Xəzərdənkənar sularda Gəmiçiliyin mövqeyinin möhkəmləndirilməsi və genişləndirilməsində də mühüm rol oynayır.

Bunlarla yanaşı, son bir ildə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildə xarici sularda Azərbaycan Bayrağı altında “Şuşa”, “Qarabağ”, “Zəngəzur” adlı 3 “Aframax” tipli tanker istismara verilib. Cari ilin mayında isə Çində “Xocalı” adlı “Handysize” tipli bir quru yük gəmisinin istismara verilməsi ilə Gəmiçilik quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın "Bakpyung" limanından ABŞ-ın "Portland" limanına yerinə yetirilib. Gəmi artıq təyinat limanındadır və hazırda yükboşaltma əməliyyatı icra edilir.

Onu da qeyd edək ki, bu səfərlə "Xocalı" müstəqil Azərbaycan Bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

Təbii ki, görülən işlər bütövlükdə ölkəmizin iqtisadi sahədə dinamik inkişafının nəticəsidir. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. Bu gün hər bir sektorda, o cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət dayanır.

XƏBƏRLƏR
Hits: 1002

Qubadlı-Eyvazlı avtomobil yolunun inşası yüksək keyfiyyətlə davam etdirilir

Empty
  • Print
  • Email

Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.

zengezur.com aayda.gov.az saytına istinadla xəbər verir ki, 28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik dağlıq ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca aparılan geniş miqyaslı tikinti işləri uğurla və yüksək keyfiyyətlə davam etdirilir.

 “Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qırıcı üsulu ilə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.

Digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur. Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yol əsasının tikintisi istiqamətində işlər aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. 3 laydan ibarət olacaq asfalt-beton örtüyünün 250 min kv.metrdən çox əraziyə döşənməsi nəzərdə tutulub.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Dağlıq relyef nəzərə alınaraq, suötürücü boruların diametri 1250 mm və 1500 mm təşkil edir. Bundan başqa layihə boyunca 16 km uzunluğunda drenaj sistemi də inşa edilir.

Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, yolun 9-cu kilometrində 6x12 m və 24-cü kilometrində 5x12 m ölçülərində körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.

Layihə üzrə ümumilikdə görülmüş işin fiziki tərəqqisi 75% təşkil edir.

Xüsusi texnikalardan istifadə olunmaqla görülən işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.

Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

BÜTÜN YOLLAR QARABAĞ VƏ ZƏNGƏZURA APARIR...

 

  1. MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub
  2. Soydaşımızın İran Prezidenti seçiləcəyinə inamımız daha böyükdür
  3. Vahid Hacıyev: Cəbrayıl, Qubadlı və Zəngilanda dağ-mədən sənayesinin inkişafı üçün böyük potensial var
  4. “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub
  5. Vahid Hacıyev: bu il Cəbrayıla 712 ailənin köçürülməsi nəzərdə tutulur
  6. Bir daha Zəngəzur toponimi haqqında
  7. QHT Agentliyi Zəngilan-Qubadlı-Laçında unudulmaz tədbirlər keçirib   
  8. Zəngilanda ilk dəfə QHT forumu keçiriləcək
  9. Cəlal Bərgüşad - 100
  10. Eldar Baxış - hər zaman yeri görünən şair

Page 37 of 88

  • Start
  • Prev
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert