ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 1036

QHT Agentliyi Zəngilan-Qubadlı-Laçında unudulmaz tədbirlər keçirib   

Empty
  • Print
  • Email

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.

Forum iştirakçıları Qubadlıdakı sərhəd qoşunlarının hərbi hissəsində Silahlı Qüvvələr Günü münasibətilə musiqili-əyləncəli tədbir keçirib, Laçın şəhərini gəzib, Zəngilan məscidini ziyarət ediblər. QHT mənsubları Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarının müşayiəti ilə Şərqi Zəngəzur ellərində dövlətimizin quruculuq və böyük qayıdış proqramlarının icrası çərçivəsində aparılan genişmiqyaslı işlərlə əyani tanış olublar.

zengezur.com xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun sonunda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul edilib.

Maraqlı müzakirələr, unudulmaz görüşlərlə yadda qalan tədbirin sonunda bədii hissə təqdim olunub.

XƏBƏRLƏR
Hits: 1150

Zəngilanda ilk dəfə QHT forumu keçiriləcək

Empty
  • Print
  • Email
İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq. 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək. Forum 2 gün davam edəcək.
XƏBƏRLƏR
Hits: 1093

Cəlal Bərgüşad - 100

Empty
  • Print
  • Email

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qazian kəndində anadan olmuşdur.

Read more ...

XƏBƏRLƏR
Hits: 1202

Eldar Baxış - hər zaman yeri görünən şair

Empty
  • Print
  • Email

Bənzərsiz istedad, əsl kişi qeyrətli, milli düşüncəli, vətənsevər şair idi Eldar Baxış, dünyaya gəldiyi gün 22 iyun, əbədiyyətə qovuşduğu gün 22 may,  cismani ömrü 49 il, şeirlərində isə əbədi yaşayacaq...

Read more ...

XƏBƏRLƏR
Hits: 777

Zaur Cəfərov ölkəmizin idman şərəfini bu dəfə də layiqincə qoruyub

Empty
  • Print
  • Email

9-15 iyun 2024-cü ildə Finlandiyanın Salo şəhərində pauerliftinq (AWPC dopinq kontrol versiyası) üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunub və komanda hesabında 3-cü yeri tutub. İdmançımız Zaur Cəfərov (110 kq) bu dəfə də qızıl medal qazanaraq fəxri kürsünün ən uca pilləsində dayanıb.

Qeyd edək ki, Zaur Rzayev Azərbaycan pauerliftinq tarixində bu idman yarışı üzrə ən yüksək nəticəyə görə verilən “Elitar Üzük” alıb. Zaur bundan əvvəl də müxtəlif mötəbər çempionatlarda mütləq dünya çempionu adını qazanıb, 6 dəfə dünya və 6 dəfə Avropa rekordunu yeniləyib, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdə Azərbaycanın Dövlət Bayrağınının dalğalanmasına, Himnimizin səslənməsinə nail olub. 2023-cü il iyunun 21-25-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Pauerliftinq üzrə Açıq Avropa birinciliyində A/WPC versiyası üzrə “benç press” hərəkətində 300 kiloqram nəticə ilə ən yüksək dərəcə tələbini yerinə yetirib. Göstərdiyi yüksək nəticələrə görə ilk dəfə bu mükafatı ona Avropa və Asiya Pauerliftinq Federasıyasının prezidenti (WPC-AWPC,WPO-WPSO) üzrə Ümumdünya İdman Təşkilatının rəhbəri Yuri Ustinov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-pri turnirində təqdim edib.

Əslən Qubadlı rayonunun Əliquluuşağı kəndindən olan əməkdar və beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərovun atası tanınmış yazıçı və ədəbiyyatşünas, BDU-nun müəllimi, "Akademkitab"ın direktoru professor Əlağa Cəfərovdur.

Zaur Finlandiyada qazandığı bu parlaq qələbəni həm də gəncliyində peşəkar idmançı olmuş atasının 70 illik yubileyinə həsr edib.

zengezur.com

XƏBƏRLƏR
Hits: 971

"Zəngəzur sənətkarlığı" layihəsi davam edir

Empty
  • Print
  • Email

Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan "Zəngəzur sənətkarlığı" adlı layihənin ilkin mərhələsi üzrə planlaşdırılan işlər uğurla davam etdirilir.

Read more ...

  1. Paşinyanın Şurnuxu kəndində ermənilərə ev paylaması və ...
  2. ABŞ: Zəngəzur dəhlizini açın – bu fürsət bir də olmayacaq!
  3. Vasif Qafarovun kitabının təqdimatı olub
  4. Bu kitab Şər­qi Zən­gə­zurun Zəfər, Dirçəliş və Bö­yük Qayıdış salnaməsidir
  5. Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi...
  6. Rus sərhədçilər Zəngəzurdan çıxdı
  7. Hacı Nərimanoğlu, "Qaçqınlar" silsiləsindən hekayələr
  8. Zabux məktəbində görüş
  9. Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar
  10. “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” - tədbir

Page 39 of 88

  • Start
  • Prev
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert