ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 450

Paşinyanın Şurnuxu kəndində ermənilərə ev paylaması və ...

Empty
  • Print
  • Email

Azərbaycanın başı Qurban bayramını qeyd etməyə qarışan gün Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzuru (Sünik) bölgəsinə səfər edib, Şurnux kəndində olub, yeni tikilən 13 evin  püşkatma mərasimində iştirak edib, mənzilini itirmiş 12 ailəyə ev və heyvandarlıq ferması verib.

Bu layihənin dəyəri 1,21 milyard dramdır. Baş nazir Paşinyan fərdi evlərə baxıb, yaradılan şəraitlə tanış olub və sakinləri evlərinə köçmələri münasibətilə təbrik edib, deyib: -  “İnanmaq istəyirəm ki, bu kvartal Şurnux, Gorus, Sünik və Ermənistan Respublikasının yeni həyatının simvoludur, burada yaşamaq və işləmək üçün hər cür şərait var. Hamınıza möhkəm cansağlığı, işləmək üçün güc və eyni zamanda öz nəticələrinizi görməyi, zənginləşmənizi və ölkəmizi zənginləşdirməyi arzulayıram”. Nikol Paşinyan Sünik rayonunun müxtəlif yaşayış məntəqələrinə səfərlər və sakinlərlə görüşlərə toxunub, onların böyük enerji verdiyini vurğulayıb.

Nikol Paşinyan bildirib ki, o, bütün bölgələrdə sülh və delimitasiya gündəmlərinə dəstək hiss edir. Baş nazir vurğulayıb ki, biz çətin prosesdən keçirik, lakin bu gün ölkəmiz sabitdir, müstəqildir, suverendir və öz suverenlik və müstəqillik səviyyəsini hər gün artırır və bu, ilk növbədə, anlayış və ictimaiyyətin dəstəyi sayəsində baş verir.

Qeyd  etməliyik: Şurnuxunun yarısı Qubadlı rayonunda, yarısı Sünik mərzində olan kənddir.

4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə 30 illik işğaldan sonra Qubadlı rayonunun tərkibinə qatıldı.

Şurnuxu "kiçik şəlalə" mənasında işlənən şırnax, şırnıx sözünün dəyişdirilmiş formasıdır.  Kənd dərəsindən təpəsinə, dağına qədər türk-azərbaycan torpağıdır; Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s.

Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində yerləşən bu səfalı kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər, 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər yaşayıb. 1947-ci il 23 dekabrda SSRİ Nazirlər Sovetinin bədnam  4083 saylı qərarı ilə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri qonşu Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndləri ilə birlikdə köçürüldü, Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra Şurnuxu camaatı yenidən kəndlərinə qayıtdılar. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikildi. 1931-ci ildə qurulan kolxozu qonşu Ağbulaq və Şamsız kəndləri ilə birlikdə bərpa etdilər. 1988-ci ilin noyabrında “miatsum”un ilk dalğası Şurnuxu camaatını yenidən yer-yurdundan qopardı. 100 ev, 800-ə yaxın əhali kəndi tərk etmək məcburiyyətində qaldı. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilmədilər. Evlərin çoxuna ermənilər doluşdu. Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxudan 5 nəfər şəhid olmuşdu (Niftəliyev Azər Bayram oğlu — baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu; Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu). Bu kənddəki məktəbdə yetişən məzunlar, dərs deyən müəllimlər savadları, dünyagörüşləri ilə seçilirdi.

Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Umnisə Musabəyova Şurnuxuda anadan olmuşdur.

Ən kədərli olan isə budur: 2020-ci ilin 44 günlük savaşının 25 oktyabr günü Qubadlı azad edildi, ancaq strateji əhəmiyyətli Kəpəz dağı (bu dağdan Şuşa, Savalana qədər bütün ərazi açıq görünür), Şurnuxu, Şamsız, Qurdbulaq, Qızıldaş, Ağbulaq, Şahverdilər yenə ermənidə qaldı Paşinyan son çıxışlarından birində bəyan etdi ki, demarkasiya prosesi Zəngəzura da toxuna bilər. Azərbaycanın siyasi, hərbi rəhbərliyi haqqında bəhs etdiyim, tarixi Azərbaycan torpaqları, Sultanovların dədə-baba mülkləri olmuş Kəpəz dağı, eləcə də ona bitişik Qızıldaş, Şurnuxu, Çayzəmi, Şamsız, Qurdbulaq, Ağbulaq, Şahverdilər kəndlərinin Azərbaycana qaytarılması, yaxud ərazi mübadiləsi edilməsinə gərəyincə ciddi yanaşmalıdır. Təkrar edirik ki, bu kiçik bölgə Zəngilan, Qubadlının böyük bir ərazisinə nəzarət, tarixi Zəngəzurun qərbi ilə şərqini birləşdirən çox mühüm əhəmiyyətli məkan qazanmaq deməkdir.

44 günlük savaşdan 44 ay keçir, bu müddətdə hələ Qubadlıya bir ailə də köçürülməyib, yəqin hələ "lazım" gəlməyib, hələ yol çəkirik, cəmi bir kəndimizdə ötən günlərdə kənd salmaq üçün tamamilə yararsız ərazidə tikintiyə başlanmışdı, onu da ilk yaz seli lilli sulara qərq etdi...

Hacı NƏRİMANOĞLU, zengezur.com üçün, 17.06.24

 

 

XƏBƏRLƏR
Hits: 902

ABŞ: Zəngəzur dəhlizini açın – bu fürsət bir də olmayacaq!

Empty
  • Print
  • Email

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtı çatıb.

Read more ...

XƏBƏRLƏR
Hits: 1016

Vasif Qafarovun kitabının təqdimatı olub

Empty
  • Print
  • Email

İyunun 11-də Qərbi Azərbaycan İcmasında (QAİ) tarix üzrə elmlər doktoru Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.

Read more ...

XƏBƏRLƏR
Hits: 887

Bu kitab Şər­qi Zən­gə­zurun Zəfər, Dirçəliş və Bö­yük Qayıdış salnaməsidir

Empty
  • Print
  • Email

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zən­gə­zur – Qu­ru­cu­luq və Bö­yük Qa­yı­dı­şın ün­va­nı” kitabı nəşr edilib.

Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı Ön sözü ilə açılan kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun  44 gün da­vam edən Və­tən mü­ha­ri­bə­sində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər əks olunub.

Kitabdakı analitik yazılar, informasiya materialları, Prezident  İlham Əliyev və bi­rin­ci xa­nım Meh­ri­ban Əli­ye­vanın 44 gün­lük ta­ri­xi qə­lə­bə­dən bir neçə gün son­ra - 16 no­yabr 2020-ci il­də Şər­qi Zən­gə­zur böl­gə­si­nə ilk sə­fərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim edilib.

“Şərqi Zən­gə­zur – Qu­ru­cu­luq və Bö­yük Qa­yı­dı­şın ün­va­nı” layihəsinin fəaliyyət planına uyğun olaraq buraxılan kitabda Vətənimizin ayrımaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əlievin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, məkrli, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən dövlət proqramlarının, reallaşan layihələrin gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallar da yer alıb.

Kitabda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin regionda daimi sülhün, əmin-amanlığın bərpasına şərait yaradacağına inam ifadə olunur. Kitab bu sözlərlə bitir: “Unut­ma­yaq! Azad edi­­­lən tor­­­paq­­­la­­­rı ye­­­ni­­­dən Ana Və­­­tə­­­nə çe­­­vir­­­mək bor­­­cu­­­muz var, həm də o tor­­­paq­­­lar­­­da axı­­dıl­­mış Şə­­hid qan­­la­­rının, ulularımızın ruhu xa­­ti­­ri­­nə!”

Kitabın PDF linki:

https://zengezur.com/KITABLAR/son-zengezur.pdf

XƏBƏRLƏR
Hits: 987

Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi...

Empty
  • Print
  • Email

Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.

Read more ...

XƏBƏRLƏR
Hits: 882

Rus sərhədçilər Zəngəzurdan çıxdı

Empty
  • Print
  • Email

Rusiya sərhədçiləri Zəngəzur (Sünik) rayonunun Nerkin Hand kəndini tərk edib.

Read more ...

  1. Hacı Nərimanoğlu, "Qaçqınlar" silsiləsindən hekayələr
  2. Zabux məktəbində görüş
  3. Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar
  4. “Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” - tədbir
  5. 30 may şəhid Mahsun Zahir oğlu Bağırzadənin doğum günüdür
  6. Səlcuq Bayraqdar: Rəisinin helikopterini belə tapdıq...
  7. Mehman Qaraxanoğlunun “Yatmış mələkləri oyatmayın” kitabı nəşr olunub
  8. Araz çayı üzərində iki bənd tikilib
  9. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilana səfəri
  10. Əliağa Cəfərov – 70. Təbrik edirik!

Page 40 of 88

  • Start
  • Prev
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert