Tuesday, 16 December 2025 09:06
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Hacı Nərimanoğlu: Hərbi qələbə siyasi sənədlərdə rəsmiləşməlidir

30 Oktyabr 2020
Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinallıq yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı video görüntü, çıxışlarda appaçıq görünür. Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, qondarma dağlıq qarabağ respublikası adlandırdığı bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, erməni hərb maşını tamam sıradan çıxarılıb. Savaşda qazanılan uğurlarımızın səbəblərini sıralayaq:
Read more …

Əslən Qubadlıdan olan bir qrup ziyalının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciəti

26 Oktyabr 2020
      Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Komandanlığınızla 27 sentyabrdan başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır (müraciət https://president.az/articles/44578 və https://azertag.az/xeber/1625951 saytında yerləşib).

Read more …

Qurtuluşun mübarək, Zəngəzur!

20 Oktyabr 2020

 Azərbaycanın 27 sentyabr 2020-ci ildə başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələrilə bizi qəti qalibiyyətə - Zəfər gününə aparır. Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır, çünki bütövlüyünü, tamlığını, şərəfini bərpa edir! Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla davam edən döyüşlər artıq Azərbaycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə çatıb.

Read more …

Haqq savaşı "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da

13 Oktyabr 2020

 Hacı NƏRİMANOĞLU

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru "525-ci qəzet", 13.09.20.

http://525.az/site/?name=xeber&news_id=152198

Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan qurtuluş savaşında olduğu bu tarixi günlərdə müqəddəs kitabımız olan "Qurani-Kərim"dəki ayələrin uca və dərin hikmətinin bir daha xatırlanaraq dərk olunmasına böyük ehtiyac var. Odur ki, həmin ilahi ayələrdən bu mövzuyla bağlı bir neçəsini diqqətə çatdırmağı lazım bilirik:

Read more …

Hacı Nərimanoğlu: Qarabağ uğrunda savaşa sonadək davam-xalqın istəyi budur!

11 Oktyabr 2020

Bütün tarixi məkr, hiylə, alçaqlıqlarla dolu olan, yalanı, yaltaqlığı, böhtanı dövlət siyasətinə çevirən Ermənistanın Moskvada imzalanmış atəşkəs razılaşmasının mürəkkəbi qurumamış Gəncə və digər şəhər, kəndlərimizi hərbi-siyasi havadarlarının havayı verdiyi top, raketlərlə atəşə tutması bunun yeni əyani sübutudur. Üz-üzə döyüşdə, savaşda həmişə rəzil, miskin durumda qalan ermənilərin əvvəlcə dünya liderlərinə minnətçi düşüb atəşkəs üçün vasitəçilik etməsinə yalvarması, ardınca imzalanmış sənəddən riyakarcasına imtinası, Azərbaycan iqtidarının humanist addımından  bəhrələnib vaxt qazanaraq əzilmiş, sındırılmış hərb maşınını təmir etmək istəyi bu murdar xislətin təzahürüdür. “Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xain saldırılarda həyatını itirən həmvətənlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbir, yaralılarımza şəfalar diləyir. Sentyabrın 27-dən başlanan Milli Qurtuluş Savaşı ilə xalqımızın iradəsinin, yekdil düşüncəsinin qətiyyətli ifadəçisinə  çevrilən Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, işğal altında olan torpaqlarımız son kəndinə qədər tamamilə azad edilən günədək Ermənistanın və havadarlarının  sülh, danışıqlar çağırışından imtinaya çağırırıq. Prezident, Ali Baş Komandanımızın bu tarixi şansı, xalqımızın, ordumuzun döyüş ruhunu, qələbə əzmini Zəfər gününədək fasilə vermədən son qələbəyə  aparacağına inanırıq. Xalqımız sizinlədir, zəfərlər səninlə olsun, Milli Ordumuz, Sizə inanırıq, güvənirik, cənab Ali Baş Komandanımız!

Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri

 

  1.   28 illik həsrətin sonu- Ordumuz Zəngəzur ellərinə qədəm qoyur
  2. Hacı Nərimanoğlu: Tarixin dərslərindən ibrət almalıyıq
  3. Hacı Nərimanoğlu: Vətənə qayıdış və qisas zamanıdır!
  4. "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Zəfər sənin olacaq, Azərbaycan Ordusu!
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
Page 49 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR