Tuesday, 16 December 2025 07:31
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

  28 illik həsrətin sonu- Ordumuz Zəngəzur ellərinə qədəm qoyur

08 Oktyabr 2020

Artıq Azərbaycanın əsrarəngsiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə, Zəngəzurun Azərbaycana qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun-deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik. Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq  birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır. Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!

Read more …

Hacı Nərimanoğlu: Tarixin dərslərindən ibrət almalıyıq

04 Oktyabr 2020

Tarixin dərslərindən ibrət almalıyıq - <b style= 

Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Keçmiş səhvlər təkrarlanmasın, durmaq yox, qələbəyədək davam! 

Xalqın tələbi, bu savaşdan gözləntiləri budur! Artıq  tariximizin Qarabağsız keçən ən şərəfsiz 28-30 illik dövrü bitmək üzrədir. 27 sentyabrdan başlanan əks-hücum Azərbaycan xalqının, Dövlətinin, Ordusunun, Prezident və Ali Baş Komandanının dönməz, sarsılmaz, əyilməz iradəsinin təcəssümüdir. Erməni panika içində Qarabağdan qaçır, anlayır ki özünün olmayan bu torpaqlar onlara məzar olacaqdır. Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin Azərbaycan adına baş töhməti olan 30 illik sülh, danışıqlar çağırışına aldanmaq, təzyiqlərinə əyilmək yoxdur. Bu savaş artıq aldadıcı, icazəli rus planı olmamalıdır, olmayacaqdır, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... alınmadan durmaq, dayanmaq, sülhə getmək yoxdur. Xalqın güc, qüvvət, milli qeyrəti, hərbi-siyasi düşüncəsi, istəyi birdir-son qələbəyədək davam! Əks halda sonluq indiyədək olmamış dərəcədə faciəli olar-tarixin dərslərindən çıxan acı nəticə budur. https://525.az/site/?name=xeber&news_id=151004#gsc.tab=0

Read more …

Hacı Nərimanoğlu: Vətənə qayıdış və qisas zamanıdır!

28 Sentyabr 2020

Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam. Bütün diləklərimiz, xeyir-duamız sənin üçündür, yolun açıq olsun, xalq səndən zəfər gözləyir, sənə inanır, canımızın, cismimizin ən əziz parçası-Azərbaycan Ordusu! "Qurani-Kərim", Bəqərə surəsi, 179-cu ayə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız..." 

Read more …

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Zəfər sənin olacaq, Azərbaycan Ordusu!

27 Sentyabr 2020

27 sentyabr 2020-ci il tarixdə səhər tezdən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə, geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır. Hərbi və mülki əhali arasında ölənlər və yaralananlar, dağıntılar var. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfalar diləyirik.
Milli Ordumuzun hissələri düşmənin hücumunu dəf edərək, elə ilk anlardan bir neçə düşmən postunu məhv edərək işğal altında olan bəzi ərazilərimizi azad etmişdir.
Birliyimizin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordumuzun qətiyyətli hücumunu dəstəkləyir, hər an mümkün köməyə hazır olduğumuzu bildiririk. Xeyir-dualarımız Ordumuz, döyüşən əsgər və zabitlərimizədir. Xalqımıza, Ordumuza, Ali Baş Komandanımıza sonadək qətiyyət, güc, iradə, birlik arzulayır, qələbənin bizim olacağına inanırıq.

Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu!

sədr:               Hacı Nərimanoğlu 27.09.20

Read more …

Hacı Nərimanoğlunun araşdırması: erməni terror təşkilatları

31 İyun 2020

Tarixdə heç zaman mövcud olmamış, erməni kilsəsinin uydurduğu "Böyük Ermənistan" mifinin “reallaşması” məqsədilə XIX əsrin sonlarından etibarən erməni burjuaziyası radikal erməni təşkilatları yaratmağa başladı. Bu terror təşkilatları erməni siyasi partiyalarının və onların hərbi-siyasi dəstəkçilərinin əlində alət oldu. Əksər erməni siyasi partiyalarının proqram sənədlərində terrorun məqsədə çatmaq üçün bir vasitə olduğu da təsbit edildi.

«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

Read more …
  1. Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol
  2. Zəngəzurun 100 il əvvəlki qanlı yanvar günləri
  3. Atatürkün ömür yolu
  4. Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
Page 50 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR