Tuesday, 16 December 2025 02:44
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Hacı Nərimanoğlu: Fikirlərinizlə razı deyiləm, Çingiz müəllim!

19 Avqust 2016

Yazıçı Çingiz Abdullayevin  “Ərdoğan indi məhkumdur”, “Vicdanla desək, Ərdoğan indi getməlidir”, “Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq” başlıqlarla bir çox saytda yayılmış məqaləsinə 

Hörmətli Çingiz müəllim!

Sizin bu yazınızı dünən 17 avqustda f/k-da gördüm, oxudum, çox sayda şərhlər də vardı, mən də 2 cümlə qeyd edib bu mövzuda fikirlərimi oxucularla bölüşəcəyimi yazdım. Yazım ürəyinizcə olmasa, Ərdoğan demiş, qüsura baxmayın.

Yazırsınız: “Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir....Ancaq hər bir analitikə aydın idi ki, ordu gec-tez belə bir addım atacaq. Başqa variant yox idi. Ya onun partiyası, ya da ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri! Bu qarşıdurma ovqatını aradan qaldırmaq üçün nə lazımsa birdəfəyə və həmişəlik edilməli idi. Ərdoğan öz niyyətinə çatmaq üçün hər şeyi etdi. Ancaq ənənələr olduqca güclü idi, ordu gec-tez qiyama qalxmalı idi. Ona Ərdoğan partiyasının seçkilərdə sistematik qələbəsi və açıq-aydın hamının gördüyü mövhumatlaşdırma xoş gələ bilməzdi.” http://terefdar.az/manshet-ust/12483-vicdanla-desek-erdogan-getmelidir-.html

Read more …

Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabı çıxıb

17 İyun 2016

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri,  yazıçı-publisist  Hacı  Nərimanoğlunun yeni çapdan çıxan bu tədqiqat əsəri  istedadlı yazıçı, şair, dramaturq, əməkdar incəsənət xadimi Əyyub Abasovun həyat və yaradıcılığına həsr olunub.  13 bölmədən ibarət kitabda Ə.Abbasovun “Zəngəzur” romanı XX əsrin əvvəllərində Qafqazda baş verən hadisələrlə paralel təhlil olunub, ədibin tarixi reallıqları bədii təsvirlərlə doğru-düzgün əks etdirdiyi, zəngin dil, üsluba, ədəbi istedada sahib olduğu faktlarla açılıb.
Zəngəzur qətliamları ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi idi və bu faciələrin bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngəzurlu yazıçı Əyyub Abasova nəsib edib. Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu) dünyaya göz açan ədib bu qanlı qırğınların, soyqırım və deportasiyanın canlı şahidi olub, valideynlərini, qardaşlarını, doğmaları və əzizlərini itirib, uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar içində qarlı-çovğunlu dağ cığırları ilə Naxçıvana pənah gətirib. 

Read more …

Hacı Nərimanoğlunun kitabı Çexiyada təqdim edildi

29 İyun 2015

  İyunun 23-də Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin Praqadakı ofisində bu qurumun  sədri, professor Azər Kərimovun təşkilatçılığı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist  Hacı Nərimanoğlunun  “Türk, ya erməni soyqırımı? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur.

Read more …

Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən kitabı

18 Aprel 2015

qhtxeber.az//  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci ilin ilk qrant layihəsi çərçivəsində  “Zəngəzur” Cəmiyyətləri Birliyi “TÜRK, YA ERMƏNİ SOYQIRIMI? Gerçək  tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin  gözü, sözü ilə” kitabı işıq üzü görüb.

Read more …

Erməni xisləti

24 Fevral 2015

Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi...hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. İlham ƏLİYEV

Read more …
  1. Zəngəzur Cəmiyyətləri Birliyi təltif edildi
  2. Hacı Nərimanoğlunun “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabı çapdan çıxıb
  3. “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Türkiyədə görüşlər keçirib
  4. Mehriban xanım Əliyevanın portretinə 12 ştrix
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
Page 54 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR