ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Baxış sayı: 979

Prezidentin Sərəncamı ilə şəhər günləri təsis edildi

Empty
  • Çap
  • E-mail

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə qərara alıram:

1. Hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunsun:

26 avqust – Laçın şəhəri günü

4 oktyabr – Cəbrayıl şəhəri günü

17 oktyabr – Füzuli şəhəri günü

20 oktyabr – Zəngilan şəhəri günü

25 oktyabr – Qubadlı şəhəri günü

8 noyabr – Şuşa şəhəri günü

20 noyabr – Ağdam şəhəri günü

25 noyabr – Kəlbəcər şəhəri günü.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2023-cü il

https://president.az/az/articles/view/60690?fbclid=IwAR1eUq4ZiCZOVBCTNZnADcJJePK7UZXKRRdgr2IJ-2sYWHoYwS3cNk3ZrLo

XƏBƏRLƏR
Baxış sayı: 1527

Hacı Nərimanoğlunun beynəlxalq konfransda Qaçaq Nəbi haqqında məruzəsinin mətni

Empty
  • Çap
  • E-mail
 
Hacı Nərimanoğlu: Xalq qəhrəmanı Qaçaq Nəbinin mübarizəsi tarixdə, elmi ədəbiyyatda və folklorda ("Folklor milli kimlik konteksində" mövzuda Beynəlxalq konfransın materialları, s.418-423) https://folklor.az/uploads/research/files/Folklor-milli-kimlik-20191694072940.pdf

Ardını oxu...

XƏBƏRLƏR
Baxış sayı: 888

Prezident: Növbəti üç il ərzində Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə 150 mindən çox insanı qaytaracağıq

Empty
  • Çap
  • E-mail

 

zengezur.com  xəbər verir ki, bu sözləri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Prezident əlavə edib: “Təkcə Qarabağ regionunda 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Şuşa şəhərində, ümid edirəm ki, gələn il birinci sakinlər gələcək, yerləşəcəklər.”

XƏBƏRLƏR
Baxış sayı: 959

Bərgüşad və Həkəri çaylarında balıqlar yoxa çıxır. Qubadlı rayonunda gördüklərim...

Empty
  • Çap
  • E-mail
zengezur.com saytı jurnalist Rasim Mədədin ciddi məsələ barədə KİV və sosial şəbəkədə yayılmış yazısını https://www.facebook.com/rasim.meded təkrar dərc etməklə əlaqədar qurumların məsələyə mövqe bildirəcəyinə, gec də olsa, təcili təsirli tədbirlər görəcəyinə ümid edir. 

Ardını oxu...

XƏBƏRLƏR
Baxış sayı: 993

Qərbi Zəngəzurda ən qədim xristian məbədləri – Qızılkilsə və Qarakilsə

Empty
  • Çap
  • E-mail

Müasir Ermənistan ərazisindəki qədim yer-yurd adları bu ərazinin əzəli sakinlərinin Azərbaycan türkləri olduğunu sübut edir.

Ardını oxu...

XƏBƏRLƏR
Baxış sayı: 1353

Zülfüqar Hüseynzadə Kəlbəcərdə doğulduğu kənddə vəfat edib

Empty
  • Çap
  • E-mail

“moderator.az” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə iyunun 18-də səhər saatlarında ziyarətə getdiyi Kəlbəcərdə doğma kəndi Başlıbeldə vəfat edib.

Ardını oxu...

  1. Qərbi Zəngəzur abidələri: Xınzirək kəndi
  2. Astarada şəhid zabit Nail Orucovun xatirə muzeyi açıldı
  3. “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir
  4. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu
  5. Prezident Laçın və Kəlbəcər rayonlarında olub
  6. “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” yaradılıb
  7. Prezident Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında olub
  8. Prezident: "Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var"
  9. Ordumuz Zəngəzurda bu əraziləri nəzarətə götürdü
  10. 35 il sonra başlanan cinayət işi: Ermənistan 250 mindən çox azərbaycanlını deportasiya edib

51 -dən səhifə 82

  • Başa
  • Geri
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert