ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 1954

Tofiq Mehdiyev - Birliyimizin müdrik ağsaqqalı

Empty
  • Print
  • Email

Tofiq Şəfaət oğlu Mehdiyevin adı yaşlı, orta nəslin təmsilçilərinə yaxşı tanışdır. Çünki T. Mehdiyev xüsusilə Sovetlər İttifaqının dağılması və müstəqil dövlətimizin qurulması dövrünün ictimai-siyasi fəallarından, sözünü deyən, səsi eşidilən simalardan biri olub.  O, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-da məsul vəzifələrdə, bədnam qonşumuzla həmsərhəd Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri olaraq daim hadisələrə obyektiv, çevik, prinsipial, çoxlarının dilinə gətirmədiyi problemlər və onlardan çıxış yolları barədə yüksək tribunalarda səsləndirdiyi açıq, tənqidi fikirləri ilə daim gündəmdə olurdu.

Read more ...

XƏBƏRLƏR
Hits: 1609

Hacı NƏRİMANOĞLU: Tarixi ədalət bərpa olunacaq

Empty
  • Print
  • Email

 "Vətən səsi" qəzetində müsahibimiz Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.

 - Hacı müəllim, son zamanlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Zəngəzurla bağlı birmənalı mövqeyi ölkəmizdə və beynəlxalq aləmdə çox böyük maraq doğurub və xüsusi diqqətlə izlənir...

- Bu, tamamilə təbiidir. Zəngəzur mövzusu Vətən müharibəsində qələbədən sonra ən mühüm məsələlərdən birinə çevrilib. Prezidentimiz cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdim;

Read more ...

XƏBƏRLƏR
Hits: 1801

Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı çapdan çıxıb

Empty
  • Print
  • Email

 Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.

AZƏRTAC xəbər verir ki, “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.

Read more ...

XƏBƏRLƏR
Hits: 2001

Rəşid Bərgüşadlı hekayələri Zakir Məmmədin təhlilində: Yolun o üzü

Empty
  • Print
  • Email

 Hekayəçilik ədəbiyyatın ən doğma işidir. Ədəbi janrların müxtəlifliyinə rəğmən ən çox müracət olunan bədii yazı növü kimi hekayənin nüfuz dairəsi genişdir. Bədii mətnlə həyatın sosial problemlərini, fərdi ruhsal qayğılarını gündəmə gətirmək üçün ən yaxşı üsul hekayə yazmaqdır. Bir hekayə ilə də böyük ədəbiyyat cəbhəsində yer tutmağın tarixi-fəlsəfi örnəkləri vardır. Bu baxımdan, hekayə ilə yaradıcılığa başlamaq, ya hekayə ilə davam etmək bədii sənət tarixində çox qələm adamının taleyini müəyyən edibdir. Bir qədər obrazlı ifadə etsək, hekayəni yazıçının taleyində alınmaz qalaya bənzətmək olar. Elə bir məqam ki, orada zaman adlı “zalımın” hücumlarından özünü qoruya bilsin.

Read more ...

XƏBƏRLƏR
Hits: 1679

İham Əliyev: “Azərbaycan tələb edir ki, Zəngəzur dəhlizində avtomobil yolu da çəkilsin”

Empty
  • Print
  • Email
 
İlham Əliyev: “Azərbaycan tələb edir ki, Zəngəzur dəhlizində avtomobil yolu da çəkilsin”
“Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycanın münasibətlərini dərinləşdirəcək”. 
 
Bunu “CNN Türk”ə müsahibəsində Prezident İlham Əliyev deyib.
 
İlham Əliyev qeyd edib ki, Azərbaycan tələb edir ki, Zəngəzur dəhlizində avtomobil yolu da çəkilsin.
 
“Son zamanlara qədər Ermənistan Zəngəzur dəhlizinə etiraz edirdi, lakin bir neçə gün öncə müsbət cavab verdilər ki, buna qarşı deyillər. Amma Zəngəzur dəhlizinin tam işləməsi üçün avtomobil yolu da vacibdir”, - deyə İlham Əliyev əlavə edib.

Read more ...

XƏBƏRLƏR
Hits: 1730

Səninləyik, Türkiyə, kədərin kədərimizdir, içimiz yanır

Empty
  • Print
  • Email

28 iyuldan Türkiyədə meşə yanğınları başlayıb. Türkiyənin ən gözəl turizm guşələrində, təbiət bölgələrində, turizmin ən qaynar, cəlbedici çağında, müxtəlif istiqamətlərdə, küləkli gündə, çətin keçilən dağlıq ərazilərdə eyni vaxtda başlanan yanğınlar açıq-aydın düşmən terrorudur, əvvəlcədən planlaşdırılmışdır, Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində Türkiyənin açıq, fəal hərbi-siyasi dəstəyinə görə türk düşmənlərinin cavabıdır, Türkiyənin regionda söz sahibi, müstəqil güc sahibi olmasına qarşı böyük güclərin təhdidir, gəlirli, ən incə yerindən vurulan zərbədir. Dünya ümumi evdir, onun harasındasa ekologiyasına, havasına, flora, faunasına edilən qəsd ümumbəşəri cinayətdir. Çox üzgünük, insanlıq əleyhinə yönələn bu terror aktını lənətləyirik. Allah Türkiyəmizin, onu sevənlərin dualarının tez bir zamanda gerçəkləşməyinə, yanğın fəlakətinin, faciəsinin durdurulmasına yardımçı olsun. Səninləyik, Türkiyə, kədərin kədərimizdir.

Read more ...

  1. “Şərqi Zəngəzur iqtisadi rayonu” yaradıldı. 1933-cü ildə Zəngəzur adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silinmişdi.
  2. “Bayraqdar” Qarabağda düşmənin neçə hədəfini məhv edib?
  3.  Zəngəzursuz illərin ağrısına güzgü tutan kitab
  4. Prezident: “Azərbaycan xalqı Zəngəzura qayıdacaq”
  5. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət
  6. Nizami nə vaxtdan fars şairi olub?
  7. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi rus, ingilis, erməni mənbələrində
  8. Ermənilərin dağıdıcı, soyğunçu mentaliteti arxiv sənədlərində
  9. Şakir Paşaya dostlardan təbrik
  10. Şuşa əvvəl alınmaz hərbi qalaya, sonra isə maarif, mədəniyyət mərkəzinə çevrilməlidir

Page 70 of 88

  • Start
  • Prev
  • 65
  • 66
  • 67
  • 68
  • 69
  • 70
  • 71
  • 72
  • 73
  • 74
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert