- XƏBƏRLƏR
- Hits: 2434
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi rus, ingilis, erməni mənbələrində
Qafqazda Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, bu məqsədlə ermənilərin indiki İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə rəsmiləşdirilmişdi. Bu fərmana görə, ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynamalı idi. Bu əmr Rusiyanın Qafqazdakı hərbi uğursuzluqları səbəbindən bir əsr müddətə donduruldu.