


İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.
Read more ...

Qazi İbrahimlə Sərkar Qönçə hekayəti. Türk Osman Əli ilə yüzbaşı Baba hekayəti
1918-ci ildə Osmanlı-türk ordusu Nuru Paşa komandanlığında Azərbaycanı xilas etməyə gələndə, ordunun bir bölüyü də Arazdan keçib Qubadlıya tərəf dönür, əsgər yığıb öyrədirlər ki, yuxarı Zəngəzurun erməni əlində olan ellərini azad eləsinlər. İbrahim adında bir cəsur gənc türk Diləli Müskanlı kəndində gördüyü Sərkar Abdullanın qızı Qönçəyə aşiq olur, bir-birinə könül verən cütlük el adəti, şəriət qaydasıynan evlənirlər. Oğulları da olur. "Sərkar" bu kəndin köklü nəsillərindən olan tayfanın adı idi və yalnız kişilərə deyilərmiş. Ancaq qoçaqlığına görə Qönçəyə də el arasında Sərkar Qönçə deyərmişlər.
Read more ...
4 Şəhidimiz haqqında təqdim etdiyim bu yazı 1993-94-cü ildə 100-dən çox Şəhidimizin ömür, döyüş yolu barədə yazdığım 4 kitabdan parçalardır. İndi həmin kitabları Şəhid ailələrinin çoxsaylı müraciətlərini, arzu, istəklərini nəzərə alıb kirildən indiki əlifbamızla təkrar nəşrə hazırlamaqla məşğulam. 44 gün davam edən qalibiyyətli Vətən müharibəsinin Şəhid və Qaziləri haqqında hər gün televiziyalarımızda verilişlər gedir, sosial şəbəklərdə şahidlər danışır, çoxlu döyüşlər, əməliyyatlar barədə, əsgər və zabitlərimizin qəhrəmanlığı, cəsarəti, şücaətləri ilə dolu olduqca maraqlı söhbətlər edirlər. Bunlar hamısı yazıya alınmalı, məqalələr yazılıb kitablarda nəşr olunub bu günkü, gələcək nəsillərə çatdırılmalıdır. Şuşanın alınması ən gözəl film üçün hazır mövzudur, məsələn, “300 Spartalı” kimi. Görəsən bunlarla məşğul olan varmı? KİV-də, sosial şəbəkələrdə məlumat getmir bu haqda. Ancaq bunlar isti-isti edilməlidir, sonra gec olur. Yazılan xatirələr, kitablar - Söz qalır, tarixə çevrilir.
Read more ...