ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR
Hits: 1907

"Zəngəzur" Cəmiyyəti cənub bölgəsinin 128 yazarından seçmələri bir kitabda buraxdırıb

Empty
  • Print
  • Email

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Astarada “Azərbaycan - ümumi evimiz, doğma Vətənimizdir” mövzuda konfrans keçirib. “Etnik qruplar arasında azərbaycançılıq ideologiyasının təbliği və mədəni müxtəlifliyin inkişafına dəstək” layihəsinin icra planına uyğun olaraq təşkil edilən tədbirdə  Vətənimizin cənub regionunda doğulub ədəbi yaradıcılıqla məşğul olan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı  “Gəl bizim yerlərə...” adlı kitabın təqdimatı da baş tutub.

Read more ...

XƏBƏRLƏR
Hits: 2315

Astaradan göyüzünəcən...

Empty
  • Print
  • Email

Mehman Qaraxanoğlu 1957-ci ilin 1 Mayında Astarada doğulub. Bəlkə də bu cümlədə statistik rəqəmlərdən yan keçmək olardı, amma... Əksinə, biz burada qrammatikadan kənar olsa da, birdəfəlik üç sözü məntiqi vurğu altına salmaq istəyirik: “1957-ci il”i, “1 May”ı və “Astara”nı... Çünki Mehmanın taleyində hər üçünün öz yeri vardır. Doğuldum 57-də... Hələ Həvva Adəmi doğmamışdı. Ağrı yasaq edilmiş meyvə kimiydi... (“Avtoportret”)

Ağrının yasaq edildiyi bir dövrdə doğulmağın özü də zülümdü... Amma şair əlini uzadıb ağrını budağından üzməli idi. Çünki bunsuz mümkün deyildi.

Read more ...

XƏBƏRLƏR
Hits: 3793

Fikirlərinizlə razı deyiləm, Çingiz müəllim!

Empty
  • Print
  • Email

Yazıçı Çingiz Abdullayevin  “Ərdoğan indi məhkumdur”, “Vicdanla desək, Ərdoğan indi getməlidir”, “Bədbəxt Türkiyə, sənə necə də çətin olacaq” başlıqlarla bir çox saytda yayılmış məqaləsinə 

Hörmətli Çingiz müəllim!

Sizin bu yazınızı dünən 17 avqustda f/k-da gördüm, oxudum, çox sayda şərhlər də vardı, mən də 2 cümlə qeyd edib bu mövzuda fikirlərimi oxucularla bölüşəcəyimi yazdım. Yazım ürəyinizcə olmasa, Ərdoğan demiş, qüsura baxmayın.

Yazırsınız: “Ərdoğan ordunun simasında özünün başlıca ideoloji düşmənini görmüş və şüurlu şəkildə onun dünyəvi ruhunu məhv etmişdir....Ancaq hər bir analitikə aydın idi ki, ordu gec-tez belə bir addım atacaq. Başqa variant yox idi. Ya onun partiyası, ya da ordunun möhkəmlənmiş respublika və demokratik ənənələri! Bu qarşıdurma ovqatını aradan qaldırmaq üçün nə lazımsa birdəfəyə və həmişəlik edilməli idi. Ərdoğan öz niyyətinə çatmaq üçün hər şeyi etdi. Ancaq ənənələr olduqca güclü idi, ordu gec-tez qiyama qalxmalı idi. Ona Ərdoğan partiyasının seçkilərdə sistematik qələbəsi və açıq-aydın hamının gördüyü mövhumatlaşdırma xoş gələ bilməzdi.” http://terefdar.az/manshet-ust/12483-vicdanla-desek-erdogan-getmelidir-.html

Read more ...

XƏBƏRLƏR
Hits: 3385

Hacı Nərimanoğlunun “Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabı çıxıb

Empty
  • Print
  • Email

 “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri,  yazıçı-publisist  Hacı  Nərimanoğlunun yeni çapdan çıxan bu tədqiqat əsəri  istedadlı yazıçı, şair, dramaturq, əməkdar incəsənət xadimi Əyyub Abasovun həyat və yaradıcılığına həsr olunub.  13 bölmədən ibarət kitabda Ə.Abbasovun “Zəngəzur” romanı XX əsrin əvvəllərində Qafqazda baş verən hadisələrlə paralel təhlil olunub, ədibin tarixi reallıqları bədii təsvirlərlə doğru-düzgün əks etdirdiyi, zəngin dil, üsluba, ədəbi istedada sahib olduğu faktlarla açılıb.
Zəngəzur qətliamları ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin ən qanlı səhifəsi idi və bu faciələrin bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngəzurlu yazıçı Əyyub Abasova nəsib edib. Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistanın Sisiyan rayonu) dünyaya göz açan ədib bu qanlı qırğınların, soyqırım və deportasiyanın canlı şahidi olub, valideynlərini, qardaşlarını, doğmaları və əzizlərini itirib, uşaq yaşında az sayda sağ qalan həmyerliləri ilə ağır əzablar içində qarlı-çovğunlu dağ cığırları ilə Naxçıvana pənah gətirib. 

Read more ...

XƏBƏRLƏR
Hits: 2949

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı

Empty
  • Print
  • Email

Aprelin 2-ə keçən gecə Ermənistanın hərbi hissələri cəbhə boyu yaşayış mövqelərimizi intensiv atəşə tutaraq geniş miqyaslı hərbi əməliyyatlara başlamağa, yeni ərazilərimizi zəbt etməyə cəhd göstərib, çox sayda mülki vətəndaşımızı öldürüb, yaralayıb, kəndlərimizi dağıntılara məruz qoyub. Milli Ordumuzun rəhbərliyi əməliyyat şəraitini düzgün qiymətləndirərək, mülki vətəndaşlara qarşı təxribatların qarşısını almaq, ərazilərimizin bir hissəsinin işğal edilməsi təhlükəsini aradan qaldırmaq üçün gərəkli cavab tədbirlərinə başlayıb. 

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Milli Ordu hissələrimizin zəruri cavab tədbiri olaraq başladığı əks-hücum taktikasının yeganə düzgün seçim olduğuna inanır, uğurlu hərbi əməliyatların ilk nəticələrini ürəkdən alqışlayır və hər cür  köməyə hazır olduğunu bildirir. Dövlətimizin və Silahlı Qüvvələrimizin hərbi-siyasi rəhbərliyini əsgər və zabitlərimizin qanı bahasına azad olunmuş strateji əhəmiyyətli mövqelərimizin qorunub saxlanması, möhkəmləndirilməsi üçün zəruri tədbirlərin yerinə yetirilməsinə, bir sıra ermənipərəst dünya güclərinin təzyiqlərinə qarşı siyasi iradə göstərməyə, xalqımızın və ordumuzun yüksək mənəvi-psixoloji ruhunu, böyük potensial imkanlarını torpaqlarımızn işğaldan tam azad olunması məqsədinə yönəltməyə çağırır.

02.04.2016. Bəyanat barədə qərarı imzası ilə təsdiq edir:              Hacı Nərimanoğlu,  Birliyin sədri

XƏBƏRLƏR
Hits: 3443

Əyyub Abasov-Zəngəzur faciəsini yaşayan və yaşadan ədib

Empty
  • Print
  • Email

Məqalə "Azərbaycan" jurnalının 2015-ci il 7-ci №-də dərc olunub

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.
İki il kənd məktəbində oxuyub. Zəngəzurda törədilən faciəli qırğınlardan sonra Naxçıvanda yaşayıb, bir dərəcəli məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda Pedaqoji İnstituta daxil olub. 1931-ci ildə institutu qurtaran Ə. Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışıb.

Read more ...

  1. Çexiyada QHT-nin nəşri olan kitab təqdim edildi
  2. 3 qurum QHT-nin nəşri olan kitabın təqdimatın keçirdi
  3. Hacı Nərimanoğlunun erməni yalanlarını ifşa edən kitabı
  4. Erməni xisləti
  5. Zəngəzur Cəmiyyətləri Birliyi təltif edildi
  6. Hacı Nərimanoğlunun “Zəngəzur və Qarabağda ermənilərin törətdikləri qətliamlar Osmanlı-Türkiyə mənbələrində” kitabı çapdan çıxıb
  7. “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Türkiyədə görüşlər keçirib
  8. Mehriban xanım Əliyevanın portretinə 12 ştrix
  9. Hacı Nərimanoğlunun yeni kitabında “Erməni soyqırımı” iddiası və gerçək tarix
  10. zengezur. com veb-saytının təqdimatı olmuşdur

Page 83 of 88

  • Start
  • Prev
  • 78
  • 79
  • 80
  • 81
  • 82
  • 83
  • 84
  • 85
  • 86
  • 87
  • Next
  • End
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert