Tuesday, 16 December 2025 07:52
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi...

05 Noyabr 2024

Türkiyə prezidenti olmaq üçün ən doğru isim… – Baxçalı açıqladı

“Terror həyatımızdan çıxsa, inflyasiya canavarına zərbə vurulsa, Türkiyə siyasi və iqtisadi sabitliyin zirvəsinə çıxsa, Ərdoğanın yenidən prezident seçilməsi təbii və doğru olmayacaqmı?”

zengezur.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Nə edək, CHP-nin içində namizəd axtaraq? Dövlətdə davamlılıq, siyasətdə sabitlik, Türkiyə yüzilinin inşası üçün Ərdoğan qarantdır, millətin sevdalısıdır. O bizə görə tək seçimdir”, – Baxçalı bildirib.

Qeyd edək ki, Ərdoğan ikinci prezidentlik dönəmini icra edir. O hələlik xələfi və ya yenidən namizəd olacağına dair açıqlama verməyib.

"Zəngəzur” Cəmiyyətləri Birliyi təbrik edir: Qulu Məhərrəmli-70

02 Noyabr 2024

 "Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi təbrik edir: Qulu Məhərrəmli - 70

Hörmətli Qulu müəllim,

Siz Azərbaycanın ən nüfuzu jurnalistlərindən biri, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri,  əməkdar jurnalist olaraq, fəaliyyəti, şəxsiyyəti, alimliyi ilə özünə dərin hörmət qazandıran aydınlarımızdan birisiz.

Zəngilan rayonunda dünyaya göz açmış, orta təhsilini Şuşada, ali təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində almış, Az.TV-də müxbirlikdən baş redaktor, departament direktoru vəzifələrinə yüksəlmisiniz, teleaparıcı kimi peşəkarlığınız daim yaddaşlarda qalıb.

1991-ci ildən başlayaraq Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətinizlə, onlarla elmi, publisistik əsərləriniz, ssenarilərinizlə gənc jurnalist kadrların yetişməsinə, ölkəmizin elmi, mədəni irsinin zənginləşməsinə  mühüm töhfələr verməkdə davam edirsiniz.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurasının  üzvü kimi daim xeyirli məsləhətlərinizi alırıq.

Birliyimizin Ağsaqqallar Şurası və İdarə Heyəti adından yubileyiniz münasibətilə Sizi təbrik edir, bundan sonra da sağlam, uzun, xeyirli ömür arzulayırıq.

Hörmətlə,

Ağsaqqallar Şurasının sədri Tofiq Mehdiyev,

Sədr                          Hacı Nərimanoğlu

            02 noyabr 2024-cü il.

Türkiyə Cümhuriyyətinin 101 yaşına tarixi baxış

28 Oktyabr 2024

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr (29 Ekim) 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk (1881, Selanik - 10 noyabr 1938) Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə Atatürk öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir.

...Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir".

O, bu düşüncənin sahibi idi; 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: "Gəldikləri kimi də gedəcəklər...Tək bir egemenlik var, o da milli egemenlikdir. Ölkəni, yenə ulusun öz gücü qurtaracaqdır".

Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, "Meclis Başkanı" seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: " Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm". Atatürk və Türk xalqı Qurtuluş savaşında möhtəşəm zəfər qazandı. Dünya ölüm-dirim savaşına qalxan türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya, Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri "Lozan Barış Antlaşması" imzalandı, Türk millətinə təhqir olan "Sevr Antlaşması" qüvvədən düşdü.

...Mustafa Kamal Osmanlı ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust - 13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.

Qazi Mustafa Kamal Paşa Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti bütün çətinliklərə, iç və dışarıdan gələn basqılara baxmayaraq dünya birliyində öz öncül yerini saxlayır, xüsusilə, modern silah istehsalı sahəsində qazandığı möhtəşəm uğurlarla nüfuzunu gücləndirir. Türkiyə indi dünya siyasətinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi məkanda məğrurluğunu qoruyub saxlamağı bacaran, böyük güclərin planladığı siyasi-hərbi tuzakların içindən çıxmağı bacaran, dünya siyasətinə haqq, ədalət, siyasi əxlaq nümunəsini gətirən söz sahibi dövlətə çevrilib.

Cümhuriyyət bayramın, 101 yaşın mübarək, Türkiyəm!                                                                                                                        

HACI NƏRİMANOĞLU ABDULLA, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycanın Manisada döyünən ürəkləri

21 Oktyabr 2024

Həsən bəy Zərdabi adına İzmir Ege Universitetində keçirilən yüksək səviyyəli simpoziumda iştirak etdiyimiz layiqli qəzetçi və tədqiqatçı, “Şərq” qəzeti başkanı Akif Aşırlı ilə birlikdə İzmirdən Manisa gəzintisinə gedərkən hansı sürprizlə qarşılaşacağımızı heç xəyalımıza da gətirməzdik. Təsadüfən rastımıza çıxan polisdən qədim tarixi meydanın yolunu soruşduq, Bakıdan gəldiyimizi bilən kimi bizə yaxınlıqdakı Azərbaycan evinin yolunu göstərdi, ora getməyimizi məsləhət bildi və heç izin soruşmadan telefon açıb “qarşılayın, qonaqlarınız gəlib” söylədi. Nə xoş təsadüf, bizi əsl qardaş doğmalığı ilə Manisa Azərbaycan Evi Başkanı Seyfettin Ayakyay və Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi Yönətim Kurulu Başkanı Yalçın Taşdemir qarşıladı. Azərbaycan, Türkiyə bayraqları ilə göz oxşayan otaqdan mərhum Qənirə Paşayevanın gülərüz baxışları ilə üz-üzə qaldıq,  xatirələrimiz bölüşdük, ondan sonra bura biz qonaq gəlmişdik. Çox maraqlı tarixi keçmişi olan "şahzadələr şəhəri"  Manisanın görməli yerlərini gəzdik.

İrəvan xanlarının nəslindən – Hüseynəli xanın qardaşı kötücəsi Seyfettin bəy Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı alıb, mərhum Heydər Əliyevlə görüşüb, Manisada onun adına park açıb, indi isə öz vəsaiti ilə (Xan soykökünə mənsubların məğrur ədası ilə: - kimsədən bir əmzik də almaram, özüm edəcəyəm-deyir) Şuşa adına gözəl bir abidənin özülünü qoydurub inşasına başlayıb, Vətən müharibəsində qələbədən sonra 43 Manisalı, İzmirli yazarın, QHT-STK fəallarının Şuşaya səfərini təşkil edib, feysbuk səhifəsində də Türkiyədən çox Azərbaycana yer ayırır. O, Heydər Əliyev heyranı, İlham Əliyev sevdalısıdır, Qarsdan üzübəri şəhər, kəndlərdə xeyli İrəvanlı qohumları yaşayır və onlar özlərini o torpaqların əsl sahibləri sayır, yaşı 80-ə yaxınlaşır, Qərbi Azərbaycan torpaqlarına  qayıdış günlərini inamla, həsrətlə gözləyir.

Arzularınız gerçək olsun, Seyfettin bəy, Yalçın bəy, sizlər Azərbaycanın Türkiyədə döyünən ürəklərisiz, var olun, tanışlıqdan çox məmnun qaldıq, yenidən görüşmək arzusu ilə,

Hacı Nərimanoğlu Abdulla

Ege Universitetində möhtəşəm Həsən bəy Zərdabi simpoziumu

21 Oktyabr 2024

İzmirin Ege Universitetində Azərbaycan Milli Mətbuatının banisi, Rusiya türkləri içərisində ilk anadilli jurnalistikanın əsaslarını yaradan Həsən bəy Zərdabinin xatirəsinə həsr olunan Türk Dünyası Mətbuatı simpoziumu təşkil olunub.

Oktyabrın 15 - dən 19 -dək davam edən elmi toplantıya Türkiyə, Azərbaycan, Özbəkistan , Qazaxıstan, Qırğızıstan , Quzey Kıprıs və İrandan 110 mətbuat tarixçisi, bilim insanı, ədəbiyyatşünas qatılıb.
Simpoziumun təşkilatçısı Dos.Dr. Yılmaz Özkaya simpoziumun açılışında Həsən bəy Zərdabini Türk Dünyasının ilk peşəkar mətbuat xadimi, böyük maarifçi, əvəzolunmaz müəllim, fikir, düşünçə insanı adlandırıb. Y.Özkaya bildirib ki, Ege universitetinin ədəbiyyat fakültəsinin Türk Dünyasının modernləşmə hərəkatı ilə bağlı təşkil etdiyi ikinçi böyük elmi toplantının Həsən bəy Zərdabinin xaturəsinə həsr olunmasının önəmi böyükdür.
" Əkinçi " qəzeti RusiyaTürklərinin milli oyanışında, öznüdərk prosesində , qəzetçilik işinin qurulmasında, abnadilii jurnalistikanın formalaşmasında böyük rolu var. Həsən bəy ərəb qrafikalı hürufatı İstanbuldan satın alaraq Bakıya gətirəib, milli qəzetin əsasını qoyub. Bir qədər sonra bu maarifçilik işini Baxçasarayda İsmayıl bəy Qaspralı davam etdirib.

Türkiyənin tanınmış tarixçi alimləri, professor Yavuz Akpınar, professor Sema Barutcu, professor Hasan Krımlı, professor İbrahim Maraş Həsən bəy Zərdabi ilə başlanan və Krımda İsmayıl bəy Qaspralı ilə davam etdirilən türk mətbuatının keçdiyi müxtəlif mərhələlərdən, cədiçilik hərəkatından , Rusiya türklərinin modernləşməsində mətbuatın rolundan danışıb, mətbuatın indiki vəziyyəti təhlil olunub.
Sonra müxtəlif mövzular ətrafında alimlərin mühazirələri dinlənilib, müzakirələr aparılıb.

Azərbaycandan simpoziuma qatılan professor Qafar Caxmaqlı, Akif Aşırlı, Nazim Muradoğlu, Hacı Abdulla, Odər Əlizadə ,Təhminə Bədəlova, Hicran Əhmədova, Yeganə Babayeva və digər alimlər anadilli jurnalistikamızın təşəkkülü , mətbuat tariximizin örnək qəzet və dərgilərinin ideya- siyasi istiqamətləri , inkişaf və tənəzzül dövrləri, mətbuatın cəmiyyətin inkişafında medianın rolu barədə mühazirələr oxuyub, müzakirələrdə aktiv iştirak ediblər.

Oktyabrın 18- i və 19 - da elmi toplantı onlayın formatda davam etdirilib, simpoziumun işinə canlı qatıla bilməyən alimlərin məruzələri dinlənilib.

 

  1. “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Türkiyədə keçirilən Beynəlxalq simpoziumda
  2. "Türküstan"nın ardınca "Azərbaycan türkləri"...
  3. General-leytenant Mayis Bərxudarov - peşəkar komandir, cəsur döyüşçü
  4. 15 sentyabr - Anadolu və Qafqaz türklərinin əbədi qardaşlıq günü
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
Page 16 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR