Tuesday, 16 December 2025 14:34
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

Ortaq Türk Əlifbası qəbul edildi

11 Sentyabr 2024

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.

Read more …

Peşəkar təhsil işçisi Əhliyət Adıgözəlovu təbrik edirik

10 Sentyabr 2024

10 sentyabr Zəngəzur elimizin Azərbaycana bəxş etdiyi layiqli simalardan biri Əhliyət Adıgözəlovun dünyaya gəldiyi gündür. Əhliyət müəllim 25 ildir Təhsil Nazirliyində (ETN) məsul vəzifələrdə çalışır, "Azərbaycan Respublikasının Əməkdar Müəllimi", "Qabaqcıl təhsil işçisi" fəxri adlarına layiq görülüb, Nazirlik üzrə YAP-ın sədr müavinidir. O, mədəniyyəti, əxlaqı, bilik, bacarığı, ləyaqəti ilə respublikamızın bütün guşələrində qazandığı xətir-hörmətlə həm də doğulduğu torpağın adını ucaldıb.

Xatırladım ki, onun atası mərhum Musa Adıgözəlov “Şərəf nişanı” ordeni ilə təltif edilib, 31 il Göyərcik, Seytas, Bəxtiyarlı, Cılfır və Göyərəbas kəndlərini özündə birləşdirən Göyərcik sovetliyinin sədri, rayon sovetinin deputatı olub, el-obanın duz-çörəkli kişilərindən, nəcib ağsaqqallarından idi.

Əhliyət müəllim “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Ağsaqqallar Şurasının  üzvü, daimi təəssübkeşlərindən biridir.

Birliyimizin Ağsaqqallar Şurası və İdarə Heyəti adından Əhliyət Adıgözəlovu təbrik edir, Ulu Yaradandan ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.

 

 

QHT sektorunun yeni inkişaf mərhələsi

30 Avqust 2024

“Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.

        Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanından

Read more …

Rəşad Məcid - 60. Təbrik edirik!

20 Avqust 2024

Tanınmış şair, istedadlı yazıçı, peşəkar jurnalist və bacarıqlı media təşkilatçısı Rəşad Məcidin 60 yaşı olur. O, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi fəal ictimai, mədəni iş aparır. Ölkəmizdə və xaricdə 20-dən çox kitabı nəşr olunub.
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşad Məcid xarakterində, yaradıcılığında və insanlarla ünsiyyətində səmimiyyəti ilə seçilir. O, bu cəhətləri ilə də cəmiyyətdə özünə sevgi, hörmət qazanan üzdə olan azsaylı tanınmışlardan biridir.
Rəşad Məcidi 60 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.

“Zəngəzur” İctimai Birliyinin İdarə Heyəti, zengezur.com saytı

 

Azərbaycanla Türkiyənin bir-birinə əbədilik vəfa borcu var

30 İyun 2024

Unutmayaq, Azərbaycanla Türkiyənin bir-birinə əbədilik vəfa borcu var!

Read more …
  1. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsinin icrası bitib
  2. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsinə dair KİV-də 50-dək informasiya yayılıb
  3. Natiq Qasımovun ömür və döyüş yolu
  4. MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
Page 18 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR