Tuesday, 16 December 2025 14:40
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsinin icrası bitib

24 İyun 2024

 

Respublikamızın ilk qeyri-hökumət təşkilatlarından olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi may-iyul aylarında “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində genişmiqyaslı maarifləndirmə, informasiya tədbirləri həyata keçirib.

QHT Bakı, Lənkəran, Astara və Sabirabaddan olan, 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında erməni işğalçılarına qarşı döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərimizin valideynləri və qazilərin həmin torpaqlara səfərlərini təşkil edib. Şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov övladlarının Qubadlıda şəhid olduqları məkanı onların səngər yoldaşları, son döyüşlərinin şahidləri - baş leytenant Elnur Talıbov, II qrup əlil Möhnət Səmədovun, bir qrup alim və yazarın iştirakı ilə ziyarət ediblər, onların qulluq etdiyi hərbi hissənin şəxsi heyəti ilə görüşüblər. Şərqi Zəngəzurda aparılan genişmiqyaslı dirçəliş, quruculuq, qayıdış, məskunlaşma işləri ilə tanış olublar.

Bu günlərdə birliyin sədri, yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabı nəşr olunub. “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən dərhal sonra Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər əks olunub. Nəşrin elektron variantı Birliyin saytında yerləşdirilib-https://zengezur.com/KITABLAR/son-zengezur.pdf

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabın təqdimatı olub. Kitabın daha geniş auditoriyaya çatdırılması üçün çox sayda nüsxələri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT- lərinin Əməkdaşlıq Forumunun iştirakçılarına, QHT və KİV mənsublarına, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, Qərbi Azərbaycan İcmasına, Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin kitabxanalarına, M.F.Axundzadə adına Milli Kitabxanaya təqdim olunub.

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən "Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri" mövzusunda tədbirdə “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub, müəllif tərəfindən kitabın nüsxələri İnstitutun kitabxanasına və MN-nin İdeoloji və Mədəniyyət Mərkəzinə hədiyyə edilib.

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində layihənin fəaliyyət planına uyğun olaraq “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanının 3 illiyinə həsr olunmuş “Şərqi Zəngəzuru Ana Vətənə qovuşduran siyasət” mövzusunda dəyirmi masa keçirilib. Layihə rəhbəri Hacı Nərimanoğlunun videotəqdimatında Vətən müharibəsində qələbənin ilk günlərindən başlayaraq Şərqi Zəngəzur ellərində həyata keçirilən irimiqyaslı bərpa, quruculuq, məskunlaşdırma işləri əks olunub, sözügedən kitab elektron tabloda təqdim edilib, iştirakçıların sualları cavablandırılıb. İştirakçılara “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının nüsxələri təqdim olunub. Tədbirdən sonra Vətən müharibəsində canlarını fəda etmiş lənkəranlı şəhidlərin məzarları, xatirə abidələri, muzeyləri ziyarət olunub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə may-iyul aylarında həyata keçirilən, icrası başa çatdırılan layihə ilə bağlı respublika mediasında, sosial şəbəkələrdə 50-dən çox informasiya yayılıb.

Layihə haqqında KİV-də 50-dən çox xəbər yayılıb.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin layihəsinə dair KİV-də 50-dək informasiya yayılıb

19 İyun 2024

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi üzrə silsilə tədbirlər keçirib

Read more …

Natiq Qasımovun ömür və döyüş yolu

17 İyun 2024

Azərbaycan Prezidentinin Sərəncamı ilə 32 il sonra Milli Qəhrəman adı alan Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.

Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.

Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.

Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

https://axar.az/news/layiheler/874149.html

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub

29 İyun 2024

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.

Read more …

Soydaşımızın İran Prezidenti seçiləcəyinə inamımız daha böyükdür

29 İyun 2024

Türk soydaşımızın İran Prezidenti seçilmək şansı digər namizədlərin hamısından böyükdür

İranda növbədənkənar prezident seçkisi ikinci həlledici mərhələyə qədəm qoyub. 16 saat davam edən səsvermə bitəndən sonra başlanan sayımın yekunları ertəsi günü iyunun 29-da səhər elan edilib, I mərhələdə Məsud Pezeşkian səslərin 43.5 faizini yığıb. Sərt xətt tərəfdarı Səid Cəlili 37.7 faiz səs yığıb. Parlamentin keçmiş mühafizəkar spikeri Məhəmməd Bağer Qalibaf 14 faizlə rəqiblərindən xeyli geri qalır. Keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi bir faizdən də az səs yığıb. Namizədlərdən heç biri birinci raundda azı 50 faiz səs toplaya bilmədiyinə görə iyulun 5-də ikinci tur keçirilməlidir.

Azərbaycan türkü Məsud Pezeşkianın qalib olacağı şübhə yaratmır. Məsud Pezeşkian  29 sentyabr 1954-cü ildə Məsud Pezeşkian Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanının Mahabad şəhərində türk ailəsində doğulub. Təbriz Tibb Elmləri Universitetini bitirib, ‎tanınmış beyin cərrahıdır, elmi  tədqiqatları ilə də tanınır, bitirdiyi Universitetin rektoru, İranın səhiyyə naziri olub, Təbrizdən İran parlamentinə üzv, hörmət və nüfuzuna görə İran Parlamenti sədrinin birinci  müavini seçilib, daim hüquq pozulan türksoyluların, haqqın, ədalətin müdafiəçisi kimi tanınıb, bu cəhətdən sadə insanlar tərəfindən daha çox sayılıb, sevilib. Dəfələrlə türklərin ana dilində təhsil alma haqqına etinasızlığa, Ana Yasa maddələrinin pozulmasına qarşı çıxış edib. Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılmasına kəskin etiraz edən millət vəkillərindən biri olub. Məsud Pezeşkian dəfələrlə “mən türkəm və türklüyümlə qürur duyuram”, - deyib. Ailədə yalnız türk dilində danışıblar. O, Şəhriyarın “Heydərbabaya salam” şeirini çox təsirli ifa edir. Doktor Pezeşkian: "Allah məni türk yaratdı, şükürlər olsun ki, belə yaradılmışam"-deyir. Sözdə, əməldə daim İranda islahatların aparılmasını təşviq edib, buna çalışıb. Ona ən çox səs verənlər İranda islahat tərəfdarlarıdır. Pezeşkiana qarşı sərt idarəetmə tərəfdarları olan qatı dini mühafizəkar cəbhə mütəşəkkil açıq və gizli təbliğatını gücləndirmələrinə baxmayaraq, soydaşımızın Prezident seçilmə imkanları böyükdür. Çünki Pezeşkian türk kimliyininin dini kimlikdən öndə olduğunu, İranın islahatlara, yeniləşməyə hamilə olduğunu, vətəndaşların mütləq əksəriyyətinin İranı həbsxana vəziyyətindən çıxarmağın labüdlüyünü sübut edir, azad seçkilərilərlə, dinc yolla dəyişikliyə nail olmağın mümkünlüyünü sərgiləyən, buna inam yaradan, bədbinliyə rəvac verən siyasətə qarşı ağılla sinə gərən siyasətçi oldu. Və bir də uzun illərdən sonra siyasi lider olaraq ruhani - molla geyimindən cəsarətlə imtina etməyi bacardı, inanıram bacardıqları daha çox olacaqdır. 

Bundan sonrakı siyasi, fiziki taleyindən asılı olmayaraq O İran siyasətinə, tarixinə şərəfli səhifə yazdıra, bir çox stereotipləri artıq dağıda bilib. 

Məsud Pezeşkian həyatında faciələr yaşayıb. Belə ki, 1993-cü ildə avtomobil qəzasında ginekoloq həkim olan həyat yoldaşı və övladı haqqın dərgahına qovuşub, bundan sonra ailə həyatı qurmayıb, ömrünü üç övladının tərbiyəsinə və xalqına, ölkəsinə həsr edib. Sadə, təmiz, əxlaqlı yaşamı ilə nümunə olan siyasilərdən sayılır.

Təəssüflə qeyd etməliyik ki, Türkiyə və Azərbaycanda bəzi gerizəkalı, elmdən uzaq insanlar media və sosial şəbəkələrdə onu soyadının “yan” sonluğuna görə erməni sayanlar da var. Ancaq az-çox türk dilinin tarixindən başı çıxanlar bilir ki, “an/ən” qədim türk və fars dilində lar/lər şəkilçisini əvəz edir, əgər səhvən an yox, yan yazılırsa da, bu da qəbulediləndir; “y” bitişdirici samit olaraq sözün kökü ilə şəkilçi arasında işlənən fonemdir. Tarix boyu türk və fars məmləkətində itaətkar ömür sürən ermənilər də bu soyadı müsəlmanlardan götürüblər. 20 mayda helikopter qəzasında həlak olan fars kökənli mərhum xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan soyadı “yan”la bitirdi, onun fars soy-kökünə heç kim şəkk-şübhə etməmişdi. Əgər bu məntiqlə yanaşmalı olsaq, onda gərək Qəziyan, Şirvan, Muğan, Nabran, Mərdəkan....onlarla belə adın kökünə də şübhə ilə yanaşaq.

İranın daxilində və xaricdəki qatı mühafizəkar dinçilərin, fars şovinistlərinin Məsud Pezeşkiana və tərəfdarlarına qarşı günbəgün güclənməkdə olan hücum, qanunsuz anti-təbliğat, zorakılıq kampaniyasına Azərbaycan və Türkiyənin səssiz qalması, ona ən azı televiziya, media, sosial şəbəkələr, internet təbliğatı vasitəsilə dəstək verməməsi acı təəssüf doğurur. 

İran İslam Respublikasının ali dini rəhbərindən sonra xalqın halal səsi ilə Prezident seçiləcəyi şübhə doğurmayan Məsud Pezeşkianın bu mərtəbəyə yetişməsi hər bir Azərbaycanlıda fərəh və qürur hissi oyadır, İran-Azərbaycan-Türkiyə münasibətlərinin yaxşı yöndə inkişafına da ümid, inam yaradır.

Allah yardımçınız olsun, yolunuz açıq olsun, hörmətli Məsud Pezeşkian!

Hacı NƏRİMANOĞLU

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

  1. “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı”  kitabının təqdimatı olub
  2. Bir daha Zəngəzur toponimi haqqında
  3. Cəlal Bərgüşad - 100
  4. Eldar Baxış - hər zaman yeri görünən şair
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
Page 19 of 59
  • ANA SƏHİFƏ
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • ƏLAQƏ
  • KİTABLAR