ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR
      • LAÇIN
      • QUBADLI
      • ZƏNGİLAN
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • Fotoqalereya
  • XƏBƏRLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
XƏBƏRLƏR

erd1erd

Bakı, 28 iyul 2011 (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşmüşdür. Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirmişdir.

H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan “Qubadlısız 16 il” kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulamışdır. 
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir vurğulamışdır ki, Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaqdır.
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə həyatı quran gənclərə çatdırılmasını istəmişdir.
O, H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir.
“Rəcəb Tayyib Ərdoğan” kitabının nüsxələri Türkiyə nümayəndə heyətinin üzvlərinə də təqdim olunmuşdur.

 

  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin
Bütün hüquqlar qorunur © 2025 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert