"Şuşa İli"nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə elan edib.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak üçün layihə təklifləri “Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.” elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək. Qeyd edək ki, layihələrin qəbulu 2022-ci il aprelin 7-dən 27-dək saat 18:00-a kimi təşkil olunacaq.

Ətraflı məlumatı “e-qrant.az” saytından əldə etmək mümkündür.