“Sosial İslahatlara Dəstək” İB məktəblərdə narkomaniya əleyhinə tədbirlər keçirir

Press-reliz
Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün
məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı
mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji
sorğuların təşkili” layihəsi çərçivəsində onun fəaliyyət planına uyğun olaraq tədbirlərin
keçirilməsinə başlayıb.
Birinci tədbir 13 aprel tarixində Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı
qəsəbəsində 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.Layihənin tələbinə
uyğun olaraq tədbirə məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdləri dəvət
olunmuşdur.Tədbiri giriş sözü ilə açan QHT sədri Namiq İnşallahoğu tədbir
iştrakçıklarını salamladı və Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildi.Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımız 1 dəqiqəlik sükutla
yad edildi. Daha sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verildi və bu
mövzuda keçirilən tədbirin aktual və vacibliyindən bəhs edildi. Narkomaniya
nədir?Narkomaniyadan qorunmaq üçün ilk öncə nə etməliyik ?kimi sualların ətrafında
fikirləri auditoriya ilə bölüşüldü.
Çıxış üçün sözə başlayan sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva
Narkomaniyaya yoluxma və onun zərərləri haqda yeniyetmələrə ətraflı məlumat
verdi.Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin öyrənilməsi məqsədilə
həmin mövzuda müzakirələr aparıldı.
Daha sonra statistik araşdırma üzrə təhlilçi Nuray Qədirova hazırlanmış olan,
təqdimatla yeniyetmələrə narkomaniyanın dünyada və Azərbaycanda olan son
statistikası barədə məlumat verdi.Tədbir arası uşaqların vermiş olduğu çoxsaylı suallar
cavablandırılmış və sualların cavabı yerindəcə verilmişdir. Tədbiri davam etdirən QHT
sədri Namiq Qafarov bu məsuliyyətin mühüm bir hissəsinin bütövlükdə cəmiyyətin, hər
bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin,

QHT-lərin üzərinə düşdüyünü və bu fəaliyyətlərin həqiqiətən də lazımlı və aktual olduğunu

bildirdi.
Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərinin
iştirakı ilə keçirilmişdir. Layihə çərçivəsində yazılmış olan Buklet (30 ədəd) tədbir
iştrakçılarına paylanmışdır. Sonda bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin
vacibliyi diqqətə çatdırılmış və xatirə şəkli çəkilmişdir.
Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir.


“Sosial İslahatlara Dəstək” İB
sədri:Namiq Qafarov