Türkiyədə Zəngəzur haqqında kitab çıxıb
Türkiyənin nüfuzlu Mərmərə Universitetinin Türkiyyat Araşdırmalar İnistitutu Zəngəzurla bağlı yeni kitab yayınlayıb. Kitapda Zəngəzurun qədim Türk yurdu olduğu, çar Rusiyası və Sovet dövründə bölgə əhalisinin soyqırımı, deportasiyaya məruz qaldığı tarixi faktlarla şərh olunur, 44 günlük Vətən Müharibəsinin ardından regiondakı vəziyyət detallı şəkildə təhli edilir.
zengezur.com xəbər verir ki, nəşrdə Zəngəzurun tarixi, coğrafi, strateji və siyasi önəmi, Zəngəzur dəhlizinin beynəlxalq və regional strateji əhəmiyyəti, dəhlizin regiondakı ölkələr arasındakı nəqliyyat, ticarət ve enerji nəqliyyat xətləri baxımından daşıdığı rolu, eləcə də bölgənin və dəhlizin gələcəkdəki potensialı və dövlətlərarası əlaqələrə mümkün təsirləri araşdırılıb. Mərmərə Universitetinin məzunu, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin direktoru və Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru, tarix elmləri doktoru, dosent Telman Nüsrətoğlunun bildirdiyinə görə, Prof.Dr. Okan Yeşilotun rəhbərlik etdiyi müəlliflərin ərsəyə gətirdiyi bu kitab qardaş ölkədə Zəngəzurun tarixi ilə bağlı elmi-tarixi biliklərin öyrənilməsi, yayılması, təbliğinə əhəmiyyətli töhfə olacaqdır.