2 il əvvəl - 6 fevral 2023-cü ildə Türkiyənin 11 bölgəsində baş vermiş zəlzələdəki 3 min 481 şəhər və kənddə 2 il ərzində 201 min 580 ailə - 1,5 milyon nəfər üçün mənzillər tikilib bütün normal yaşam avadanlığı ilə təmin olunmaqla sahiblərinə təhvil verilib, 452 min 983 nəfər üçün iş yeri açılıb. Tikinti işlərində 182 min nəfər çalışır.
zengezur.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti R.T.Ərdoğan 25 yanvar 2025-ci ildə Adıyamandakı çıxışında məlumat verib:
https://www.csb.gov.tr/201-bininci-konut-teslim-ediliyor-bakanlik-faaliyetleri-40485
Prezident İlham Əliyev: "Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır".