Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu dəhliz yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq.

“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.